Qarını necə arıqlatmaq olar?

Arıqlamaq üçün bir çox effektiv üsullar vardır. Qadınların əksəriyyətini qarın və bel nahiyəsindəki piylər narahat edir. Təəssüf ki, klassik metodlarla qarını arıqlatmaq çox çətindir. Bəs qarını necə arıqlatmaq olar? Bu məqalədə Sizi bölgəsəl arıqlamağa yardımçı olan menyular və yeməklərlə tanış edəcəyik.
İri qarını necə arıqlatmaq olar?
Oturaq və passiv həyat tərzi keçirən insanlar qarını arıqlatmaq, beli incəltmək məqsədilə bu pəhrizi tuta bilər.
Səhər yeməyi (bu variantlardan birini seçin)
- Üzərinə pendir səpilmiş qarğıdalı sıyığı
- Suda bişirilmiş və meyvə dilimləri qatılmış yulaf əzməsi
- 2 yumurtanın omleti
Arada acsanız yağsız kefir içə bilərsiniz.
Nahar (zövqə əsasən)
- Sobada bişirilmiş balıq, kələm və xiyar salatı
- Toyuğun döş əti, tərəvəz salatı
Axşam yeməyinə qədər portağal və ya alma yeyə bilərsiniz.
Axşama (istəyə görə)
- Soyutma kalmarla qatıq
- Kiçik ölçülü avokado ilə tərəvəz salatı. Ora zeytun yağı və ya limon suyu əlavə edin.
- Yağsız toyuq əti/balıq/qırmızı ət və bir qədər çiy tərəvəz. (“/” – və ya deməkdir).
Unutmayın: ərzaqları qızartmaq olmaz, multibişiricidə, suda qaynatmaqla və ya sobada bişirə bilərsiniz. Pəhriz 1 həftəlikdir. 3-5 kq çəki atmağa, qarını arıqlatmaq və bel hissədəki yağları əritməkdə kömək edir.
Bəs qarını daha sürətlə necə arıqlatmaq olar? Paralel şəkildə arıqlamaq üçün idman hərəkətlərini yerinə yetirsəniz, nəticəni tezləşdirəcəksiniz.
Pomidorla qarını necə arıqlatmaq olar?
Sürətli arıqlamaq üçün pəhrizlər kateqoriyasından olan bu menyu 4 günlükdür.
1-ci gün
- Səhər yeməyi: 1 dilim qara çörək, orta ölçüdə tərəvəz, şəkərsiz südlü qəhvə
- Nahar: 2 diş sarımsağı xırdalayıb 1 xörək qaşığı bitki yağında qızardın. Üzərinə 150 ml su, 1 xör.qaş. limon suyu, duz, istiot, qatıq əlavə edib qarışdırın. Sonra spagetti (makaron) bişirib bu sousla yeyin.
- Axşam: ispanaqlı makaron.
Makaronun resepti
400 qram ispanaq, 60 qr spagetti və sürtkəcdən keçirilmiş pendiri qarışdırın. Həmin qaba bir qədər su töküb, sobada bişirin. Spagettini öncədən suda qaynatmaq lazımdır.
2-ci gün
- Səhər – 80 qr kəsmik, moruq və ya turş meyvə
- Günorta – 100 qr toyuq soyutması, pomidor+cəfəri salatı
- Axşam – qaspaço
Qaspaçonun resepti
Pomidor+1 xiyar+½ qırmızı bibər+½ sarı bibər+1 kərəviz+1 kiçik soğan+1 diş sarımsaq+1 ç.q. üzüm sirkəsi+bir neçə sap istənilən növ göyərti+1-2 x.q. zeytun yağı+duz
Bütün komponentləri blenderdən keçirin, soyuducuya qoyun. Soyuq halda yeyin.
3-cü gün
- Səhər – digər 2 günün səhər yeməyindən birini seçin.
- Naharda – yaşıl bolqar bibəri, 150 qr boranı, 2 x.q bitki yağı, kiçik doğranmış 100 qr pomidor, 50-75 qr qatıq, xırdalanmış 1 diş sarımsaq və yarım ədəd soğanı qızardın. Bu sousa 60 qr bişmiş makaron əlavə edin. Sobada bir az da bişirib götürün.
- Axşama – tərəvəz və meyvə salatı, çay.
4-cü gün
- Səhər – çörək, 1 dilim pendir, pomidor, kofe
- Nahar – 1 dilim çörək, pendir, pomidor və kahıdan buterbrod
- Axşam – kartofdan başqa digər tərəvəzlərdən salat
Bu pəhriz qarını necə arıqlatmaq olar deyənlər üçün faydalı sayılır. Sadəcə menyuya düzgün riayət edin ki, nəticədən razı qalasınız.
5 günə qarını necə arıqlatmaq olar?
Qarın arıqlatmaq üçün bu pəhrizlə 5 günə 3 kq itirəcəksiniz.
Hər gün səhər: 1 portağal, 1 ədəd xlebçı, şəkərsiz çay və qəhvə
I gün
Nahar – 1 dənə soyutma yumurta, 1 stəkan kefir, 1 portağal
Axşam – 2 dənə soyutma yumurta, suxari, pomidor
II gün
Nahar – 1 meyvə, 200 ml qatıq, 1 dənə yumurta, kefir
Axşam – 150 qr mal ətinin soyutması, 1 ədəd portağal, 1 ədəd pomidor, suxari, 1 stəkan kefir
III gün
Nahar – 1 ədəd portağal, 400 ml qatıq, 1 xlebçı, soyutma yumurta
Axşam – 150 qr buxarda bifşteks, 1 meyvə, kefir, suxari
IV gün
Nahar – 150 qr yağsız kəsmik, 1 xiyar, 1 pomidor, 1 xlebçı
Axşam – 150 qr mal ətinin soyutması, 1 alma, pomidorlu tost
V gün
Nahar – suda bişmiş 200 qr balıq, 400 ml kefir, 2 pomidor, 2 kahı yarpağı
Axşam – 1 yumurta, 5 kahı yarpağı, 2 pomidor
5 günlük pəhriz sayəsində qarını necə arıqlatmaq olar kimi düşüncələrlə özünüzü yormayacaqsınız. Qarnınız düz olacaq.
Xülasə
Bu məqalədə qarını necə arıqlatmaq olar sualına ətraflı məlumat verməyə çalışdıq. Reseptlər və dietalardan başqa, bölgəsəl incəlməyə kömək edən, məhz qarın hissədən arıqlamaq üçün aparatlar mövcuddur. İstədiyiniz üsulu seçə bilərsiniz.