Qarın arıqlatmaq

13 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 22615
Qarnı arıqlatmaq şəkil
4.8/5 - (272 votes)

Bir o qədər də kök deyiləm, amma qarnım var. Artıq çəkimi atmışam, sadəcə qarnım arıqlamır, qarını necə arıqlatmaq olar? Bu ifadələr və suallarla dietoloqlar tez-tez qarşılaşır. Qarın arıqlatmaq bir neçə üsulla aparılır. Onlar arasında qarın arıqlatmaq üçün idman və pəhriz rejimi xüsusi yer tutur. Bu məqalədə Sizi effektiv dietalarla tanış edəcəyik.

Qarın arıqlatmaq üçün 5 günlük dieta

Səhər: yağsız kəsmik, 1 qreyfrut

Nahar: 200 qr balıq soyutması, tərəvəz salatı

Axşam: 1 portağal, suda bişirilmiş toyuq, tərəvəz salatı

Duzlu və şirin qidalar, un məmulatları rasiondan çıxarılmalıdır.

Qarın arıqlatmaq foto 5

Qarın arıqlatmaq – 7 günlük dieta

Bu pəhriz son günlərdə çox məşhurdur. 1 həftə müddətindən rasionunuzdan tərkibində maya olan bütün qidaları (un məmulatları, süd məhsullarını) çıxarın.

Pəhrizin əsas qaydaları:

  • Qida qəbulundan 20 dəqiqə əvvəl 1 stəkan su için. Yeməkdən 2 saat sonra şəkərsiz içki (çay, qəhvə, kefir, ayran və s.) qəbul edin. Yemək zamanı su içmək qadağandır.
  • Qida lifləri, yəni sellüloza ilə zəngin məhsullardan (düyü, yulaf yarması, lobya, mərci, noxud, kələm, ispanaq, giləmeyvələr, portağal, armud və s.) istifadə edin.

Qarnı arıqlatmaq 6 şəkil

Qarın arıqlatmaq üçün 7 günün menyusu

Bazar ertəsi

səhər: 3 alma

naharda: 200 qr çiy ağ kələm

axşam: 5 ədəd çiy kök

Çərşənbə axşamı

səhər: 4 dənə armud

nahar: 200 qram bişmiş çuğundur

axşama: 5 bolqar bibəri

Qarın arıqlatmaq foto 6

Çərşənbə

səhər: 2 portağal

nahar: 200 qram brokkoli

axşam: 4 alma

Cümə axşamı

səhər: 1 qreyfrut

naharda: 200 qr göy lobya (sparjevıy fasol)

axşam: 10 ədəd gavalı qurusu

Qarın arıqlatmaq foto 7

Cümə

səhər: 200 qr üzüm

nahar: 200 qr bişmiş kələm

axşam: 1 portağal, 1 alma

Şənbə 

səhər: 100 qr qaysı qurusu

nahar: 4 pomidor

axşam: 200 qr istənilən növ kələm

Bazar

səhər: 3 armud

nahar: 5 ədəd bişmiş kök

axşam: 3 armud

Qarın arıqlatmaq foto 8

Qarpızla qarın arıqlatmaq

İlk 5 gün ərzində 10 kq bədən çəkisinə 1 kq olmaqla qarpız yeyin. Məsələn, 90 kiloqram çəkiniz varsa, 5 günə 9 kq qarpız yeyəcəksiniz. Ardınca 10 gün müddətində qarpızla yanaşı aşağıdakı ərzaqları yeyin:

Səhər: yulaf əzməsi, pendir

Nahar: tərəvəz salatı, soyutma balıq və ya toyuq

Axşam: qarpız

Sonra yenə 5 gün yuxarıdakı çəki nisbətində təkcə qarpız yeyin.

Qarın arıqlatmaq foto 9

7 gün intervalla qidalanma ilə qarın arıqlatmaq

Pəhrizin müddəti 7 gündür.

Başlıca qaydalar    

  • Eyni zaman fasilələri ilə tez-tez və kiçik porsiyalarla qidalanın
  • Gün ərzində 1.5 litr su için.
  • Rasionunuza təzə tərəvəzlər, tərəvəz salatları, bitki yağı qatılmış göyərtilər daxil edin.
  • Atışdırmanı yalnız meyvə-tərəvəzlərlə edin.
  • Şəkər, duz və un məmulatlarının qəbulunu məhdudlaşdırın.
  • Kolbasa, konservləşdirilmiş, hisə verilmiş məhsullardan imtina edin.
  • Alkoqol, siqaret, kofe qəti qadağandır.

Qarın arıqlatmaq foto 4

7 günə qarın arıqlatmaq üçün menyu

Səhər (variantlardan birini seçin)

  • suda bişmiş yumurta, pəhriz çörəyi
  • yağsız kəsmik, 1 alma
  • pəhriz yoqurtu, 1 portağal

Atışdırma (zövqə görə)

  • 2 portağal
  • 1 şirin bibər
  • 2 yaşıl alma

Qarın arıqlatmaq foto 10

Nahar (istəyə əsasən)

  • tərəvəz şorbası + 1 soyutma yumurta
  • toyuqlu tərəvəz şorbası + yağsız pendir
  • suda bişmiş yağsız balıq və tərəvəzlər

Axşam (zövqə görə)

  • 2 pomidor, 1 təzə xiyar, suda qaynadılmış toyuq
  • 1 təzə xiyar, 1 soyutma yumurta, suda bişmiş lobya
  • təzə tərəvəzlər, yağsız ət, bişmiş lobya

Qarın arıqlatmaq foto 11

5 günlük pəhrizlə qarın arıqlatmaq

Səhər: pendir, şəkərsiz çay

Nahar: 1 soyutma yumurta, pendir, suda bişmiş ət

Atışdırma: qəhvə (çay), pendir

Axşam: soyutma ət, tərəvəz salatı                  .

Yatmazdan əvvəl nanə dəmləməsi için.

Qarın arıqlatmaq foto 12

Qarın arıqlatmaq üçün 20 günlük menyu

I və II günlərdə

Tomat şirəsi, 2 litr kefir, 2 dilim çörək

III və IV günlərdə

8.00 – 1 dilim qara çörək, südlü qəhvə, ½ xör.qaş.bal

13.00 – 1 dilim qara çörək, 100 qr balıq

17.00 – ½ x.q.bal, 1 stəkan çay və ya kofe

19.00 – 1 stəkan kefir, pendir, 2 soyutma yumurta

Qarın arıqlatmaq foto 13

V və VI günlərdə

8.00 – 2 alma və ya portağal

13.00 – tərəvəz şorbası, vineqret

17.00 – 2 alma

19.00 – tərəvəz salatı, çay

Sonrakı günlərdə tsikl təkrarlanır. Dieta müddətində polivitamin kompleksinin qəbulu tövsiyə olunur.

Xülasə

Qarın arıqlatmaq üçün tərtib olunan pəhrizlər və idman hərəkətlərini düzgün yerinə yetirməklə, istədiyiniz nəticəni əldə edəcəksiniz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.8/5 - (272 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir