Çörəksiz arıqlamaq

Çörək – karbohidrat mənbəyidir. 100 qram çörəkdə 50 qram karbohidrat vardır. Gün ərzində yeyilən 3 dilim çörək piylənmə riskini 2 dəfə artırır. Ev şəraitində qidalanma tərzini düzgün seçə bilməyən insanlar arıqlamaq istəyirəm kömək edin, çörəksiz arıqlaya bilərəm kimi ifadələrlə dietoloqa müraciət edirlər.
Çörəksiz arıqlamaq niyə vacibdir?
Arıqlamaq üçün saxladığınız pəhriz menyusunda çörək yoxdursa, özbaşına onu əlavə etməyin. Həddindən artıq çörək qəbulunun orqanizmdə yaratdığı dəyişikliklər aşağıdakılardır:
- Çörək qanda şəkərin səviyyəsini kəskin artırır.
- Asılılıq yaradır, ona görə də çox çörək yeyənlər onu rasiondan çıxarmaqda çətinlik, bəzən isə heç bacarmırlar.
- Buğda qida maddələrinin sorulmasını azaldır. Buğda liflərinin tərkibindəki fitatlar (fitin turşusu) kalsium, dəmir, sink, maqneziumun qana sorulmasına mane olur.
- Buğdanın tərkibindəki aqlütinin endokrin sistemin fəaliyyətini pozur.
- Cörək bağırsaqların işini korlayır.
Çörəksiz arıqlamaq – müsbət cəhətləri
Çörəksiz dieta saxladıqda:
- İştah zəifləyir, insan az yeyir.
- Qarın nahiyəsinin piyləri əriməyə başlayır.
Çörəksiz arıqlamaq – əsas qaydalar
Bu növ pəhriz saxlayarkən rasionunuza aşağıdakı qidaları daxil etməlisiniz:
- Kartofdan başqa bütün tərəvəzlər, göyərti
- Şirin olmayan meyvələr – portağal, kivi, nar
- Qovrulmamış qoz-fındıq, ləpələr
- Bitki yağları (rafinə olunmamış)
- Ağ və qırmızı ət, dəniz məhsulları
- Şəkərsiz xardal və sirkə
- Göbələk
- Pendir
- Zeytun
- Kokos
1 həftəyə çörəksiz arıqlamaq
Bu pəhriz sayəsində 7 günə 4-5 kq atacaqsınız. Pəhrizə başlamazdan 1 həftə əvvəl kofe, tünd qara çayın qəbulunu dayandırın. İstədiyiniz qədər qazsız su, bitki çayı, kefir içə bilərsiniz. Bir dəfəyə yeyəcəyiniz porsiyanı özünüz təyin edin. Sadəcə unutmayın ki, bu miqdar 200 qramı keçməməlidir. Ərzaqları suda və ya buxarda bişirin.
Çörəksiz arıqlamaq üçün həftəlik menyu
1 və 2-ci gün
2 gün ərzində yaşıl almadan başqa heç nə yeməyin. Ballı yaşıl çay və su içə bilərsiniz.
3-cü gün
Səhər: yulaf yarması (herkules) sıyığı, 1 stəkan mineral su
Nahar: yağsız mal əti, tərəvəzlər
Axşam: düyü sıyığı, limonlu çay
4-cü gün
Səhər: herkules sıyığı, açıq rəngli çay
Naharda: 3 alma
Axşam: çay, 1 dilim limon, 1/2 və ya ¾ ədəd portağal
5-ci gün
Səhər: yağsız kəsmik, mineral su, doğranmış kök
Nahar: kartof, kələm salatı (kələm, pomidor, xiyar, bitki yağı)
Axşam: düyü, limonlu çay
6-cı gün
Səhər və nahar: tərəvəzli (boranı, kök, ispanaq), herkules sıyığı
Axşam: düyü, kefir
7-ci gün
Səhər: açıq çay, 1-2 dilim pendir
Nahar: tərəvəz bulyonu, 2 alma
Axşam: yağsız kəsmik, kefir
Xülasə
Çörəksiz dözə bilmirsinizsə, arıqlamaq üçün pəhriz yeməklərini bişirin. Arıqlamaq üçün reseptlərə nəzər yetirin. Bu xörəkləri çörəksiz yesəniz də doyacaqsınız, itirdiyiniz kiloqramları geri almadan yavaş-yavaş arıqlayacaqsınız.
Salam mən neyniyir əm ariqlaya bilmirəm. Çox pis oluram.
Yagsiz ve wekersiz gidalar gebul edin