Hamiləlikdən sonra arıqlamaq

11 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1448
Hamiləlikdən sonra arıqlamaq şəkil
3.7/5 - (3 votes)

Doğuşdan sonra qadınların əksəriyyəti artıq çəkidən şikayətlənir. Bədən formasının pozulması əhval-ruhiyyəyə də mənfi təsir göstərir. Hamiləlikdən sonra arıqlamaq üçün müxtəlif vasitələr mövcuddur: dietalar, idman hərəkətləri, rəqslər və s.

Bəzi qadınlar arıqlamaq dərmanları və ya doğadan çayı içirlər. Bəs peşəkar formada arıqlamaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, sadalanan üsullar müştərək qaydada yerinə yetirildikdə nəticə daha mükəmməl olur. Belə ki, hamiləlikdən sonra alınmış kiloqramları atmaq üçün pəhriz tutmaqla yanaşı, idmanla da məşğul olmaq məqsədəuyğundur.

Hamiləlikdən sonra arıqlamaq üçün ən yaxşı dieta

Səhər: soyutma yumurta, yulaf kəpəyindən sıyıq, qızardılmış 1 dilim kəpək çörəyi, 1 fincan süd, banan

Nahar: soyutma və ya püre halında kartof, çiy tərəvəzlərdən salat, armud, 1 dilim az duzlu pendir

Arada: yağsız qatıq, qara çörək, tərəvəz salatı

Axşam: 200 qr soyutma toyuq, sobada bişirilmiş 2 ədəd kartof, portağal

Bu pəhrizi bacardığınız qədər tuta bilərsiniz.

Hamiləlikdən sonra arıqlamaq 5 şəkil

Hamiləlikdən sonra arıqlamaq – növbəti menyu

I gün

Səhər: yağsız süddə bişirilmiş giləmeyvəli sıyıq

Atışdırma: qurumeyvələr+qoz-fındıq

Nahar: krevetka və tərəvəzlə makaron

Arada: yağsız krekerlər, meyvələr

Axşam: şirin yoqurt, tərəvəz salatı

II gün

Səhər: meyvəli sendviç, yağsız südlü latte

Atışdırma: saçaqlı pendir, alma

Nahar: toyuq tikələri ilə tərəvəz salatı

Arada: halqa şəklində doğranmış kök, xiyar, bolqar bibəri, pendir sousu

Axşam: tərəvəzli krevetkalı düyü

Hamiləlikdən sonra arıqlamaq foto 6

III gün

Səhər: yağsız süddə bişirilmiş sıyıq, alma

Atışdırma: meyvələrdən smuzi

Nahar: hinduşka əti ilə lavaş dürməyi

Arada: 1 ovuc meyvə qurusu, qoz-fındıq

Axşam: soyutma yumurta və lobya

IV gün

Səhər: yumurta, tost, qreyfrut

Atışdırma: saçaqlı pendir, alma

Nahar: krevetkalı, tərəvəzli spagetti

Arada: smuzi

Axşam: toyuq və ya mal əti+tərəvəzlərdən salat

V gün

Səhər: sıyıq, armud

Atışdırma: qoz-fındıq, qaysı qurusu

Nahar: şorba, meyvə salatı

Arada: kreker, banan

Axşam: toyuqlu lavaş dürməyi

VI gün

Səhər: tərəvəz kotleti ilə sendviç, meyvə şirəsi

Atışdırma: yağsız ət, kreker

Nahar: tərəvəzli, toyuqlu dürmək

Arada: saçaqlı pendir, alma

Axşam: tərəvəz salatı

Pəhrizi bu qayda ilə istədiyiniz qədər davam edə bilərsiniz.

Hamiləlikdən sonra arıqlamaq foto 7

Hamiləlikdən sonra arıqlamaq üçün nümunəvi menyu

Səhər: 0.5-1 %-li südü 1:1 nisbətdə su ilə durulaşdırıb, yulaf sıyığı bişirin. Ora qurumeyvələr atın. Həmçinin 1 çay qaşığı balla yaşıl çay için.

Atışdırma: alma, 1 stəkan kənd qatığı

Nahar: sobada bişirilmiş yağsız balıq, pomidor+xiyar+kələm+göyərti+azacıq bitki yağından salat

Günorta: yağsız kəsmik, 1 stəkan süd və ya qatıq

Axşam: suda bişmiş kələm və kök, sobada hazırlanmış döş əti

Hamiləlikdən sonra arıqlamaq foto 8

Hamiləlikdən sonra arıqlamaq üçün çay içmək olar?

Doğuşdan sonra bir çox qadınlar laktasiya, yəni südvermə dövrünə girir. Südverən analara arıqlamaq çaylarından istifadə etmək tövsiyə olunmur. Hərçənd ki, doğadan çayı təhlükəsiz tərkibə malikdir. Amma onu da həkim məsləhəti olmadan içməyin.

Xülasə

Hamiləlikdən sonra arıqlamaq üçün qidalanma tərzinə düzgün əməl etsəniz, artıq çəkinizlə vidalaşacaqsınız.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.7/5 - (3 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir