Arıqlamaq üçün dərmanlar

06 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 24402
Arıqlamaq üçün dərmanlar şəkil
4.7/5 - (315 votes)

Artıq çəkini atmaq üçün insanlar müxtəlif yollara əl atır: idman hərəkətəri, pəhriz, arıqlamaq üçün detokslar və ya dərmanlar. Bu məqalədə sonuncu vasitə, yəni arıqlamaq üçün dərmanlar haqqında ətraflı məlumat verilmişdir.

Arıqlamaq üçün dərmanlar – Sibutramin

Ticari adı: Reduksin, Goldline (Qoldlayn)

Sürətli arıqlamaq üçün pəhrizlər saxladıqda, aclıq hissinə dözməyənlər üçün ideal preparatdır. Sibutramin baş beyində toxluq mərkəzinə təsir göstərərək, iri porsiyalarla yeməyin qarşısını alır. Nəticədə serotonin və adrenalin reseptorları fəaliyyətə keçir, insanın fiziki aktivliyi artır. Arıqlamaq üçün başlanğıc doza sutkada 1 dəfə olmaqla 10 mq-dır. 1 ay ərzində bədənin ilkin kütlə indeksinin 5%-ni itirmədikdə, dozanı sutkada 15 mq-a qədər artırmaq olar. Bu halda da heç bir nəticə əldə edilmədikdə dərmanın istifadəsini dayandırmaq lazımdır.

Sibutraminin mənfi təsirləri

Bu dərmanı qəbul edən bir sıra insanlarda yuxusuzluq, yüksək təzyiq, ürək döyüntülərinin artması, ağızda quruluq, başgicəllənmə və baş ağrıları yaranır.

Diqqət:

Sibutramin qaraciyər fermentlərinin (transaminaza) səviyyəsini artırdığından onu 1-3 aydan çox içmək tövsiyə olunmur. Əks təqdirdə orqanizm dərmanın təsirinə öyrəşir, arıqlamaq prosesi dayanır. Bundan əlavə ürək-damar sisteminə, qaraciyərə ziyan ola bilər. Stress vəziyyətlərdə iştahını kontrol edə bilməyən insanlara, yəni əsəbləşəndə və ya əhvalı korlandıqda çox yeyənlərə bu dərman məsləhət deyil.

Sibutraminlə arıqlamaq kimlərə qadağandır?

  • Hamilə və südverən analar
  • Polikistoz yumurtalıq fonunda piylənmədən əziiyyət çəkənlər
  • Ürək-damar xəstələri
  • Hipertoniklər (yüksək arterial təzyiqi olan şəxslər)
  • 18 yaşdan kiçik uşaqlar

Həmçinin Sibutramini antidepressantlarla və arıqlamaq üçün digər preparatlarla birgə istifadə etmək olmaz.

Arıqlamaq üçün dərmanlar foto 5

Arıqlamaq üçün dərmanlar – Orlistat

Ticari adları: Orliksen, Ksenalten, Listata, Ksenikal

Baş beyinə təsir edərək iştahı azaldır, bağırsaqda yağları parçalayan fermenti blokada edir. Nəticədə iri yağ molekulları bağırsaq divarından keçə bilmədiyindən həzm olunmamış qida qalıqları ilə birlikdə orqanizmi tərk edir. Sadə dillə desək yağlı, qızardılmış xörəklər yesəniz, bağırsaqlarınız qıcıqlanacaq və kontrolsuz diareya (ishal) başlayacaq.

Orlistat gündə 3 dəfə yemək zamanı qəbul olunur. 1 ayın sonunda ilkin kütlə indeksi 5% azalmasa preparatın istifadəsini dayandırın.

Orlistatın üstünlükləri

  • Qanda xolestrin və triqliserid səviyyəsini normaya salır
  • Bağırsaqdan sorulmadığına görə intoksikasiya halları demək olar ki, baş vermir.

Orlistatın əlavə mənfi təsirləri

Qəbul müddətində qarında köp, ishal, qarın ağrısı, allergik reaksiyalar müşahidə oluna bilər.

Orlistatla arıqlamaq hansı hallarda icazəli deyil?

  • Bağırsaq pozğunluqları
  • Xolestaz (öd durğunluğu)
  • Hamiləlik və laktasiya (südvermə dövrü)

Orlistatla birgə Varfarin, Siklosporin, qanın laxtalanmasını pozan dərmanlar qəbul etmək olmaz.

Arıqlamaq üçün dərmanlar foto 8

Arıqlamaq üçün dərmanlar – Metformin

Ticari adları: Qlyukofaq, Siofor, Qliformin

Əslində bu dərman II tip şəkərli diabet xəstələrinə təyin olunur. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Metformin qəbul edərkən orqanizmin insulinə həssaslığı bərpa olunur. Nəticədə çəki azalır. Bu səbəbdən mütəxəssislər onu arıqlamaq üçün dərmanlar kateqoriyasına daxil etmişlər. Arıqlamaq üçün Metformin 10 gün müddətində sutkada 850 mq-dan 1 dəfə, 10 gündən sonra sutkada 2 dəfə içilir.

Metforminin əks-göstərişləri və mənfi təsirləri

Bəzi insanlarda dərman qəbulu ilə əlaqədar mədə-bağırsaq pozğunluqları, B12 vitaminin çatışmazlığı baş verir. Ümumiyyətlə, hamiləlik dövründə, ürək, böyrək və qaraciyər çatışmazlıqlarında Metformin istifadə olunmamalıdır.

Arıqlamaq üçün dərmanlar foto 7

Xülasə

Sizə arıqlamaq üçün dərmanlar kateqoriyasına daxil olan 3 məşhur preparatla tanış etdik. Bu dərmanlarla 1 həftəyə 3-6 kq arıqlamaq mümkündür. Sadəcə bu vasitələri həkimlə məsləhətləşmədən özbaşına qəbul etməyin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.7/5 - (315 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir