Doğadan çay arıqlamaq üçün

Müasir dövrdə əksər insanlar artıq çəkidən əziyyət çəkir. Qadınlar bu problemə çox həssas yanaşırlar. Onlar bədən formasını incəltmək üçün müxtəlif növ arıqlamaq yollarına baş vururlar. Bu üsullar hər kəsin iradəsindən, maddi imkanından və iradəsindən asılı olaraq dəyişir.
Bəzi qadınlar sürətli arıqlamaq üçün pəhriz saxlayaraq ciddi rejimə girir, digərləri ac qalmadan arıqlamağa üstünlük verir, başqa bir qrup xanımlar isə arıqlamaq çaylarına üstünlük verirlər. Sonuncu variantda Doğadan çay arıqlamaq üçün effektiv vasitə sayılır.
Doğadan çay arıqlamaq üçün təsirlidirmi?
Əlbəttə ki, bu markanın bütün məhsulları arıqlamaq üçün yararlı deyildir. Çəki atmaq məqsədilə “form” və ya “qaysılı” çay növünü içmək lazımdır. Bu çaylardan istifadə edənlərin rəyləri müsbətdir.
Belə ki, doğadan çay:
- Metabolizmi sürətləndirir;
- Bağırsağın fəaliyyətini aktivləşdirir;
- Orqanizmdən artıq suyu kənarlaşdırır, şişkinliyi yox edir;
- Bədəndən şlak və toksinləri qovur.
Doğadan çay arıqlamaq üçün necə istifadə olunmalıdır?
Artıq çəkiniz çoxdursa, sadəcə Doğadan çayını içməklə istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz. Bu halda arıqlamaq üçün əlavə üsullara (idman hərəkətləri, dietalar) ehtiyac yaranır. Həm Doğadan çayından içib, həm də qidalanma rasionuna diqqət etsəniz, bəlli dərəcədə çəki atacaqsınız. Lakin yadda saxlayın ki, bu çayı sutkada 2-3 stəkandan çox içmək ziyandır.
Doğadan form necə içilməlidir?
- Hər dəfə təzə çay dəmləyin;
- Maddələr mübadiləsini sürətləndirməsi üçün çayı acqarnına için;
- Arterial təzyiqiniz aşağıdırsa, çaya bir ç.q. bal qatın;
- Zövqə görə fincana kiçik dilim limon ata bilərsiniz;
- Doğadan form arıqlamaq üçün digər çaylarla birgə içilməməlidir. Bitkiləri bir-birinə qarışdırmaq Sizə ziyan verə bilər.
- 1 ay ərzində heç bir dəyişiklik hiss etmədikdə, Doğadan çayın qəbulunu dayandırın. Təbii yolla arıqlamağın digər üsullarından və ya arıqlamaq üçün aparatlardan faydalanın.
Doğadan çay kimlərə qadağandır?
- Hamilə qadınlar və südverən analar;
- Mineral mübadilə pozğunluqları, böyrək problemi olanlar.
Çayı uzun müddət içdikdə bağırsaq tənbəlləşə, böyrək pozğunluqları, orqanizmdə susuzluq (hipovolemiya), bəzən ayaqlarda qıcolmalar, qan təzyiqinin enməsi kimi əlavə təsirlər ortaya çıxa bilər.
Qeyd:
Artıq çəki problemi olmayanlar hər hansı bir tədbirdən və yaxud əlamətdar gündən əvvəl bədəndəki şişkinliyi atmaq məqsədilə bu çayı 3-5 günlük kurs şəklində içə bilər. Hər bir halda istifadədən əvvəl dietoloqla məsləhətləşməyiniz lazımdır.
Cox tesirlidi men istifade etmisem
Nece kilo ceki vermisiz bu cayla?
Cox tesirlidi mende isifade etmişe.bir ay içinde 5 kilo atmişam…
Nece istifadə etmisiz? gündəlik qidalanma ne istifade edirsiz?
MEN TƏKCƏ QARNIMI ERİTMƏK İSDİREM NORMALDA KÖK DEYİLƏM.
Xanım gun ərzində 1 paket dəmləyib icirsiz bunla yanaşı saglam şəkildə qidalanın 1 aya 10 klo gedecek