Arıqlamaq üçün nə etmək lazımdır?
Artıq çəkidən azad olmağın müxtəlif üsuları vardır. Məsələn, təbii yolla arıqlamaq, aparatlarla çəki itirmək, arıqlamaq üçün pəhriz yeməkləri, fərqli dietalar, arıqlamaq çayları, idman hərəkətləri, yoqa ilə arıqlamaq və s.
Bəs effektiv şəkildə arıqlamaq üçün nə etmək lazımdır? Sadalanan metodlardan ən məşhuru pəhrizlərdir. Onlardan ən geniş yayılanı ilə Sizi tanış edək.
Arıqlamaq üçün nə etmək lazımdır – 7 günlük menyu
Bazar ertəsi və cümədən başqa digər günlər səhər yeməyində şəkərsiz çay və ya qəhvə içmək lazımdır. Bu dieta 1 həftəyə 4-5 kq arıqlamaq vəd edir.
Bazar ertəsi nə etmək lazımdır?
Səhər: 1 fincan kefir və ya süd
Qəlyanaltı: 200 qr düyü sıyığı
Nahar: suda qaynadılmış 150 qram mal əti
Arada: tərəvəz salatı
Axşam: 200 qr tərəvəz salatı
Yatmazdan əvvəl: alma şirəsi
Çərşənbə axşamı üçün nə etmək lazımdır?
Qəlyanaltı: 100 qr yağsız kəsmik
Nahar: 150 qr döş əti, zeytun yağı qatılmış tərəvəz salatı
Arada: yarım ədəd alma, suda bişmiş 100 qr düyü
Axşam: 200 qr pomidor salatı
Yatmazdan öncə: 1 stəkan pomidor şirəsi
Çərşənbə
Qəlyanaltı: 100 qr mal ətinin soyutması
Nahar: 150 qr balıq soyutması, 100 qr düyü
Arada: yarım dənə alma
Axşam: noxud+kələm+göyərti+soğandan 150 qr salat
Yatmazdan qabaq: 200 ml alma şirəsi
Cümə axşamı üçün nə etmək lazımdır?
Qəlyanaltı: 100 qr toyuq və ya mal ətinin soyutması
Nahar: tərəvəz şorbası, 1 dilim qara çörək
Atışdırma: 100 qr soyutma ət
Axşam: tərəvəz salatı
Yatmamışdan əvvəl: 200 qr alma şirəsi
Cümə
Səhər: kefir və ya süd, 1-2 ədəd xlebçı
Qəlyanaltı: 100 qr kök salatı
Nahar: suda bişmiş 150 qr balıq, sobada 1-2 ədəd kartof
Atışdırma: zeytun yağı qatılmış 150 qr tərəvəz salatı
Axşam: 100 qr yağsız qoyun əti
Yatmazdan öncə: 100 ml kefir
Şənbə günü üçün nə etmək lazımdır?
Qəlyanaltı: soyutma yumurta, bir neçə suxari
Nahar: hər birindən 100 qr olmaqla düyü və ət soyutması
Atışdırma: alma və ya 2 ədəd kivi
Axşam: 100 qr balıq soyutması
Yatmamışdan əvvəl: 200 ml portağal şirəsi
Bazar günü üçün nə etmək lazımdır?
Qəlyanaltı: sosiska və 1 dilim çörək
Nahar: zeytun yağı qatılmış 150 qr tərəvəz salatı, 100 qr düyü
Arada: 100 qr kələm və noxudlu salat
Axşam: 200 qr toyuq və ya qoyun ətinin soyutması
Yatmazdan əvvəl: çay
Arıqlamaq üçün nə etmək lazımdır – İsveç pəhrizi
Bu dieta ilə həftəyə 5-6 kq çəki arıqlamaq mümkündür.
İsveç pəhrizində birinci gün nə etmək lazımdır?
Səhər: suda bişirilmiş qreçka (qarabaşaq), 250 qr süd
Nahar: şirin bibər+pomidor+soğan+100 qr holland pendirindən salat, 1 stəkan süd
Axşam: az yağlı xama ilə suda bişmiş çuğundur, kartof, 1 dilim çörək
II gün
Səhər: suda bişmiş qreçka, 250 ml süd
Nahar: yaşıl tərəvəzlərdən 150 qr salat, kartof soyutması, 2 çiyələk, 1 porsiya yağsız balıq
Axşam: 1 stəkan süd, 2 dənə yumurta+kələm+turp+az miqdarda günəbaxan yağı qatılmış salat
III gün nə etmək lazımdır?
Səhər: 60 qr bərk pendir, 1 dilim çörək, 250 qr süd
Nahar: təzə sıxılmış alma şirəsi, dərisiz toyuq əti, istənilən növ tərəvəzdən 100 qr salat
Axşam: 1 fincan süd, 2 yumurta, azacıq bitki yağı, kələm və turpdan salat
IV gün arıqlamaq üçün nə etmək lazımdır?
Səhər: 2 tost, 250 ml alma şirəsi
Nahar: 200 qr meyvə, 100 qr yağsız ət, qreçka sıyığı
Axşam: 1 stəkan süd, suda bişmiş 100 qr düyü sıyığı, pomidor+turpdan 250 qr salat (üzərinə bir qədər bitki yağı səpə bilərsiniz)
V gün
Səhər: 100 qr qatıq, portağal
Nahar: 100 qr kartof soyutması, şəkərsiz çay, orta ölçülü kotleti
Axşam: 1 stəkan təbii alma şirəsi, istədiyiniz növ meyvə, 150 qr çiyələk
VI gün
Səhər: 250 ml süd, suda bişirilən qreçka sıyığı
Nahar: alma, portağal, yağsız mal ətinin soyutması, 150 qr kartof soyutması
Axşam: 100 qr düyü, günəbaxan yağı qatılan 150 qr tərəvəz salatı
VII gün
Səhər: 250 ml süd, 150 qr qreçka sıyığı
Nahar: 250 ml portağal şirəsi, sobada hazırlanan kartof, portağal,alma
Axşam: 250 ml alma şirəsi, 1 dilim çovdar çörəyi, sobada ət, tərəvəz salatı
Xülasə
Son pəhrizdə hətta içəcəyiniz şirənin də miqdarı qeyd edilmişdir, menyudan kənara çıxmamağa çalışın. Arıqlamaq üçün qidaların növünə və miqdarına məsuliyyətlə yanaşıb, qaydalara düzgün əməl edin. Yalnız bu halda nəticədən razı qalacaqsınız.