Arıqlamaq üçün detokslar

07 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 15568
Arıqlamaq üçün detokslar şəkil
4.1/5 - (26 votes)

Artıq çəkidən azad olmaq məqsədilə arıqlamaq üçün çaylar, kokteyllər, detokslar içə bilərsiniz. Arıqlamaq üçün detokslar iştahı xeyli azaldır, orqanizmdən artıq mayeni kənarlaşdırır, maddələr mübadiləsini tənzimləyir, insana gümrahlıq bəxş edir.

Arıqlamaq üçün detokslar – zəncəfilli limon

Zəncəfilin arıqlamaq üçün faydaları çoxdur. Onun tərkibindəki alkoloidlər çəkinin azalmasında mühüm rol oynayırlar.

İnqrediyentlər

  • təzə zəncəfil kökü – 2-3 sm
  • nanə yarpağı (tapsanız melissa yarpağı) – bir neçə ədəd
  • 1 ədəd limonun şuyu
  • bal – 1 xör.qaş.
  • su – 0.5 litr

Hazırlanması

  1. Zəncəfili təmizləyib, sürtkəcdən keçirin.
  2. Üzərinə su töküb, qaynayana qədər çatdırın.
  3. Sonra zəif odda 10-15 dəqiqə saxlayın.
  4. Qarışığı süzüb, həmin qaba nanə və melissa əlavə edin.
  5. Qapağını bağlayın. 15 dəqiqə dəmləndikdən sonra içərisinə limon şirəsi və bal əlavə edin.

Arıqlamaq üçün detokslar 1 şəkil

Arıqlamaq üçün darçınlı ballı detokslar

Darçın arıqlamaq üçün əksər çay və pəhrizlərin tərkibinə daxildir.

Detoksun resepti

  • darçın – 1 çay qaşığı
  • üyüdülmüş adi cirəgülü – 1 çimdik
  • qaynar su – 2 stəkan
  • bal – 2 çay qaşığı

Hazırlanma qaydası

  1. Darçın və cirəgülünün üzərinə qaynar su tökün, gecə boyu dəmlənsin.
  2. Səhər həmin qaba bal əlavə edin.
  3. Oyandıqda acqarnına və yatmazdan yarım saat əvvəl bu içkini qəbul edin. Gündəlik miqdarı 250 ml-dən çox olmamalıdır.

Arıqlamaq üçün detokslar foto 5

Arıqlamaq üçün detokslar – kardamonlu çay

Tərkibi

  • nanə – 1 dəstə
  • zəncəfil kökü – 2-3 sm
  • üyüdülmüş kardamon – 1 çimdik
  • bal – 2 xör.qaş.
  • 1 ədəd portağalın şirəsi
  • ½ ədəd limonun suyu
  • qaynar su – 0.5-0.7 litr

Hazırlanması

  1. Nanə və zəncəfili blenderdən keçirib, kardamonla qarışdırın.
  2. Qarışığı dəm çaynikinə töküb, üzərinə qaynar su əlavə edin. 30-40 dəqiqə dəmlədikdən sonra süzün.
  3. Bal, limon və portağal şirələrini dəmləməyə töküb, bir qədər qarışdırın. Soyuduqdan sonra için.

Qeyd: kardamon azərbaycanca “cənnət buğdası” deməkdir. Sadəcə oxuculara aydın olsun deyə kardamon kimi yazmışıq.

Arıqlamaq üçün detokslar foto 6

Arıqlamaq üçün detokslar – təravətləndirici içki

Tərkib komponentləri 

  • limon – 1 ədəd
  • laym – 1 ədəd
  • xiyar – 1 ədəd
  • zəncəfil kökü – 3-4 sm
  • nanə – 1 dəstə
  • soyuq su – 2 litr

Hazırlanması

  1. Limonu, laym və xiyarı həlqə şəklində doğrayın. Zəncəfili sürkəcdən keçirin. Nanəni sapları ilə birlikdə əlinizlə kəsin.
  2. İnqrediyentləri qaba yığıb, üzərinə su əlavə edin. Soyuducuda 1 gecə saxlayın.
  3. Səhər süzüb, gün ərzində için.

Arıqlamaq üçün detokslar foto 8

Arıqlamaq üçün detokslar – qurumeyvəli yaşıl çay

İnqredientlər

  • yaşıl çay – 1 xör.qaş.
  • qara gavalı qurusu – 1 ovuc
  • gilas qurusu – 1 ovuc
  • mixək – 6-7 dənə
  • qaynar su – 1 litr

Hazırlanma qaydası

Bütün inqrediyentləri dəm çaynikinə töküb, üzərinə isti su əlavə edin. 20 dəqiqə dəmləyin.

Arıqlamaq üçün detokslar foto 7

Arıqlamaq üçün detokslar – yulaf kiseli

 Komponentlər

  • yulaf – 300 qram
  • kefir – 1 stəkan
  • su – 5 litr

Hazırlanması  

  1. Yulafı bankaya səpin. Üzərinə kefir və su töküb qarışdırın. 4-5 saat isti yerdə saxlayın.
  2. Qarışığı tənziflə süzüb, qazana boşaldın. Qaynayana və qatılaşana qədər bir neçə dəqiqə qazın üstündə saxlayın.
  3. Yeməkdən 20 dəqiqə əvvəl 1/2 stəkan için.

Arıqlamaq üçün detokslar foto 10

Arıqlamaq üçün detokslar – ədviyyatlı südlü çay

Bu çay ədviyyatla və mixəklə arıqlamaq üsulunun bir nümunəsidir.

 Resept

  • zəncəfil kökü – 5-6 sm
  • su – 1 litr
  • istiot dənəsi – 5 ədəd
  • mixək – 5 ədəd
  • üyüdülmüş muskat qozu – 1 çimdik
  • darçın – 1 çimdik
  • yağsız süd –  1 litr
  • qara çay – 3 x.q.
  • bal – 2 ç.q.

Hazırlanması

  1. Zəncəfili sürtkəcdən keçirin.
  2. Suyu qaynatdıqdan sonra qazı zəiflədin. Bütün ədviyyatları suya qatın və 2-3 dəqiqə qaynadın.
  3. Sonra südü yavaş-yavaş tökün. Ardınca qara çayı əlavə edin.
  4. Zəif odda qaynamağa başladıqda 5 dəqiqə də gözləyin.
  5. Qabı oddan götürüb, bal əlavə edin və qapağını örtün. 15-20 dəqiqə dəmləyin. Son mərhələdə süzüb için.

Arıqlamaq üçün detokslar foto 8

Arıqlamaq üçün detokslar – kərəvizli kefir

 Tərkibi

  • yağsız kefir – 1 litr
  • kərəviz –  4-5 sap
  • cəfəri – 1 kiçik dəstə

Hazırlanma qaydası

  1. Kərəvizi və cəfərini xırda doğrayıb, qrafinə yığın.
  2. Üzərinə kefir tökün və yaxşıca qarışdırın.

Arıqlamaq üçün detokslar foto 9

Xülasə

Detoks içkilərini pəhriz saxlayarkən tətbiq etməyiniz daha məqsədəuyğundur. Əgər dieta tutmursunuzsa, onları 1-2 günlük yüngül detoks proqramı daxilində (məsələn, “razqruzka” günündə) içməyiniz faydalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (26 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir