Limon ilə arıqlamaq

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 9985
Limon ilə arıqlamaq şəkil
4.6/5 - (17 votes)

Ev şəraitində arıqlamaq üçün lazım olan ərzaqlardan biri limondur. Sitrus bitkiləri immuniteti gücləndirən C vitamini, piyləri əridən üzvi turşular, maddələr mübadiləsini normallaşdıran maddələrlə zəngindir. Sitrus bitkilərinə limon, portağal, mandarin, laym, qreyfrut və digərləri aiddir.

Artıq çəkidən azad olmaq üçün əsasən limondan istifadə olunur. Son günlərdə qreyfrut ilə arıqlamaq da xeyli məşhurlaşmışdır. Ancaq biz bu məqalədə limon ilə arıqlamaq barədə bəhs edəcəyik.

Su və limon ilə arıqlamaq

Acqarnına qəbul edilən limonlu su metabolizmi işə salır. Arıqlamaq istəyirsinizsə, hər səhər ½ limonu qaynadılmış isti suya sıxıb için. Belə su orqanizmdə turşuluğu artırır, mədə şirəsinin ifrazını stimulə edir, maddələr mübadiləsini yaxşılaşdırır. Orqanizmdən şlakları və toksinləri təmizləyir, qaraciyərin işinə müsbət təsir göstərir.

3 günlük pəhrizdən başlamağınız məsləhətdir.

I gün – limonlu su, kefir, meyvə (banan, armud, üzümdən başqa);

II gün – qaynar suda hazırlanıb, alma və limonlu su əlavə edilmiş yulaf (ovsyanka), yağsız qatıq;

III gün – sobada bişirilmiş alma, limonlu su.

Limon ilə arıqlamaq 2 şəkil

Bal və limon ilə arıqlamaq

Soda, bal, cəfəri, limon arıqlamaq üçün effektiv məhsullardır. Balla limonu 1 gün və ya 1 həftə tətbiq etmək olar. Pəhriz zamanı gündə 3-5 dəfə ½ limonun suyu ilə 1 ç.q. bal qəbul edin. Həmin günlərdə yaşıl çay, meyvə-tərəvəz istifadəsinə icazə verilir.

Limon yağı ilə arıqlamaq

Alimlərin fikrincə limonun efir yağı iştahı azaldır. Limon yağı yemək arası atışdırmaq vərdişindən əl çəkməyə kömək edir. Həmçinin bu yağ arıqlamaq üçün bürünmələrdə, masaj və vannalarda tətbiq olunur.

Limon ilə arıqlamaq foto 7

2 həftəlik limon ilə arıqlamaq

Limonla 2 həftəlik dietalar arıqlamaq üçün optimal variantdır. Onun köməyilə orqanizm şlaklardan, artıq kiloqramlardan azad olur. Bu pəhriz müxtəlif qidalardan yeyərək arıqlamaq istəyənlərə uyğundur. Əvvəlki rasionu saxlamaqla, sadəcə kiçik porsiyalarla qidalanmaq gərəkdir.

I gün – 1 limonu isti suya (qaynar olmasın) sıxıb, kiçik qurtumlarla için. 1 saatdan sonra yemək yeyə bilərsiniz. Qidalanma rejimi adidir.

II gün – 2 stəkan limonlu su. Şirniyyatı, un məmulatlarını, qızardılmış yeməkləri azaltmaq və ya tamamən ixtisar etmək tövsiyə olunur.

III gün – 3 stəkan limonlu suyu acqarına için.

IV gün – 4, V gün – 5, VI gün – 6 stəkan limonlu su için.

VII gün 3 litr suya 3 limonu sıxıb, 1 x.q. bal da əlavə edin. Bütün gün ərzində yemək qəbulundan 1 saat əvvəl için.

İkinci həftə 6 stəkan limonlu sudan başlayır. Sonra bu miqdarı get-gedə azaldın.

X gün – 4, XI gün – 3 stəkan için. Sonuncu sutkada 3 litr suya 3 limonu sıxıb, bal qatıb gün ərzində qəbul edin.

limon ilə arıqlamaq foto 9

Limon ilə sürətlə arıqlamaq – ekstrim pəhriz

Bu dieta 1 həftəlikdir. 1 günə 1-2 kq itirilir. Pəhriz çox ağır olduğundan onu hər kəs bacarmır. Mədə xəstəliyindən əziyyət çəkən şəxslərə əks-göstərişdir. Pəhriz günü yuxarıdakı qaydada limonlu su içilir. Ancaq fərq bundan ibarətdir ki, həmin gün qida qəbuluna icazə verilmir. Gün ərzində limon suyundan əlavə 3 litr adi su içmək lazımdır.

Limon ilə arıqlamaq mini dieta

8 saata 500 qram çəkini geridə qoya bilərsiniz. Bunun üçün 1 stəkan yağsız kefirlə 1 x.q. təzə sıxılmış limon suyunu qarışdırıb, yatmazdan əvvəl için. Pəhriz çox sadə olsa da effekti mükəmməldir.

Limon ilə arıqlamaq 1 şəkil

Limon istifadəsinə əks-göstərişlər

Limonun faydalarına baxmayaraq, mədə turşuluğunu artırdığına görə qastrit və xora xəstəliyində, həmçinin sitrus meyvələrinə qarşı allergiya olduqda ondan istifadə etmək icazəli deyil.

Xülasə

Limonu arıqlamaq üçün salatların tərkibinə də qatırlar. Hansı pəhriz növünü seçməyinizdən asılı olmayaraq unutmayın ki, dietadan tədricən və yumşaq şəkildə çıxmaq lazımdır. Bunu gündəlik rasiona yavaş-yavaş qidalar qatmaqla edin. Kəskin və anidən rasion dəyişikliyi orqanizm üçün stress hesab olunur. Bu isə zamanla mədə-bağırsaq traktının fəaliyyət pozğunluğuna gətirib çıxarır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (17 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir