Cəfəri və limonla arıqlamaq

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 12
Cəfəri və limonla arıqlamaq şəkil

İçkilərin hazırlanma resepti

Ev şəraitində cəfəri və limonla arıqlamaq üçün onları müxtəlif dəmləmələr, çaylar, kokteyllər şəklində istifadə edirlər. Bu cür içkilər üçün ekzotik, çətin tapılan inqredientlər lazım deyil, ona görə də onları hazırlamaq asandır. Kokteyllərin tərkib hissələri təzə olmalıdır, qurudulmuş cəfəri istifadə etmək məsləhət görülmür. Yalnız çay reseptlərinə qurudulmuş göyərti daxildir. Komponentləri maksimal xırdalamaq, üyütmək lazımdır.

Arıqlamaq üçün limonlu cəfəri dəmləməsi

  • Vaxt: 20 dəqiqə
  • Porsiyanın miqdarı: 20 porsiya.
  • İçkinin kalori dəyəri: 3 kkal/100 q.

Arıqlamaq üçün limonlu cəfəri dəmləməsi orqanizmdən artıq mayenin çıxmasına imkan verir, ödemlərdən xilas edir, yağ parçalanmasını və yemək zamanı doymanı sürətləndirir, aclıq hissini azaldır. Hazırlanmış içkini 14 gün ərzində gündə 3 dəfə yeməkdən əvvəl  ½ stəkan içmək lazımdır. İstəsəniz, iki həftəlik fasilədən sonra kursu təkrarlamaq olar.

          Tərkibi:

  • Cəfəri – 100 q;
  • Su – 2 l;
  • Limon şirəsi – 100 ml.

Cəfəri və limonla arıqlamaq 1 şəkil

Hazırlanma qaydası:

  1. Göyərtini xırda-xırda doğrayın.
  2. Qaynar suya tökün, qaynayanadək gözləyin, sonra orta temperaturda 10 dəqiqə dəmləyin.
  3. Qazı söndürün, içkini 50oC-dək soyudun.
  4. Limon şirəsi əlavə edin. Süzün.

Ballı çay

  • Vaxt: 10 dəqiqə
  • Porsiyanın miqdarı: 3 porsiya
  • İçkinin kalori dəyəri: 5 kkal/100 q.

Arıqlamaq üçün limon və ballı cəfəri çayı bədəninizi daxildən “yumağa”, şişkinliyi aradan qaldırmağa, orqanizmdən artıq mayenin çıxmasına kömək edəcək. İstəsəniz, içkinizə sarıkök, zəncəfil, darçın və ya başqa ədviyyatlar qata bilərsiniz. Bu cür çayı gündə 3 dəfə, yeməkdən əvvəl soyuq və ya isti şəkildə 1 stəkan içirlər. İçkinin istifadə kursu 14 gündür. 2 həftədən fasilə edib, yenidən sonra təkrarlamaq olar.

Tərkibi:

  • Cəfəri (doğranmış) – 3 x.q..;
  • Su – 750 ml;
  • Limon şirəsi – 50 ml;
  • Bal – 3 ç.q.

Cəfəri və limonla arıqlamaq 2 şəkil

Hazırlanma qaydası:

  1. Suyu qaynadın.
  2. Doğranmış göyərtini əlavə edib 10 dəqiqə gözləyin.
  3. Limon şirəsi, balı da əlavə edin. Hazırdır.

Arıqlamaq üçün limonlu və sarımsaqlı cəfəri dəmləməsi

  • Vaxt: 9 saat.
  • Porsiyanın miqdarı: 5 porsiya.
  • İçkinin kalori dəyəri: 10 kkal/100 q.

Bu cəfərili dietik içki – əla yağyandırıcıdır. İçkini axşamdan hazırlamaq lazımdır ki, səhərə qədər yaxşı dəmlənsin. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için. 14 gündən çox içməyin. İçkinin istifadəsindən sonra 10 günlük fasilə verin və sonra kursu təkrarlaya bilərsiniz. Qastrit və mədə xorasından əziyyət çəkirsinizsə, dəmləməni içməzdən əvvəl həkimlə məsləhətləşin.

Tərkibi:

  • Cəfəri – 100 q;
  • Su – 750 ml;
  • Limon – 2 ədəd.;
  • Sarımsaq – 3-4 diş.

Cəfəri və limonla arıqlamaq 3 şəkil

Hazırlanma qaydası:

  1. Sarımsağı sıyıq halına düşənə qədər əzin, göyərtini incə-incə doğrayın, limonun şirəsini çıxarın.
  2. Hazır qarışığa su əlavə edin.
  3. Qarışığı qaynayanadək qızdırın, sonra altını söndürüb soyumasını gözləyin.
  4. Hazır qarışığı şüşə qaba töküb qapağını bağlayın, otaq temperaturunda gecə boyunca saxlayın.
  5. Səhər süzün.

Cəfərili – limonlu su

  • Vaxt: 30 dəqiqə
  • Porsiyanın miqdarı: 4
  • İçkinin kalori dəyəri: 3 kkal/100 q.

Limonlu su orqanizmdəki artıq mayeni xaric edir və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Bir sözlə, orqanizmi təmizləyir. Bu da tez bir zamanda arıqlamağa kömək edir, immuniteti və ümumi tonusu artırır. İstəsəniz, bir stəkana 1 çay qaşığı bal əlavə etmək olar. Limonlu suyu gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içirlər. İçkini istədiyiniz qədər içə bilərsiniz.

Tərkibi:

  • Cəfəri (doğranmış) – 1 x.q.. və ya 5 budaq;
  • Su – 1 l;
  • Limon şirəsi – 70

Hazırlanma qaydası:

  1. Cəfərini qaynar suya töküb 5 dəqiqə qaynadın.
  2. Soyudun, süzün və üzərinə limon şirəsini əlavə edin.
  3. İçməmişdən əvvəl qarışdırın

 Yağyandırıcı kokteyl

  • Vaxt: 10 dəqiqə
  • Porsiyanın miqdarı: 1 porsiya.
  • İçkinin kalori dəyəri: 3 kkal/100 q.

Bu, sadə və tez hazırlanan yağyandırıcı kokteyldir. O, sidikqovucu təsir göstərir, orqanizmin tonusunu artırır, immuniteti möhkəmləndirir, bağırsağın hərəkətini yaxşılaşdırır. İçkini 5 gün ərzində səhərlər acqarına için, sonra 10 günlük fasilə verin. Kursu təkrarlamaq olar. Mədə xəstəliklərində (xora, qastrit) kokteyli istifadə etməzdən əvvəl həkim məsləhəti alın.

Tərkibi:

  • Cəfəri – 100 q;
  • Su – 250 ml;
  • Limon– 1 ədəd.

Cəfəri və limonla arıqlamaq 4 şəkil

Hazırlanma qaydası:

  1. Göyərtini blenderdən keçirin, limonunun şirəsini çıxarın.
  2. Cəfərinin üstünə limon şirəsini və suyu əlavə edib, yaxşı-yaxşı qarışdırın.

Cəfəri və limonlu kərəviz smuzisi

  • Vaxt: 10 dəqiqə
  • Porsiyanın miqdarı: 2
  • İçkinin kalori dəyəri: 240 kkal/100 q.

Bu dadlı, azkalorili içki atışdırmalıq və ya pəhriz menyusunun ayrıca yeməyi kimi, həmçinin perezaqruzka günlərində də istifadə etmək olar. Vitaminli smuzi aclığı tez aradan qaldırır, doyma yaradır. Onu məşqlərdən və ya fiziki yüklənmələrdən əvvəl qəbul etmək faydalıdır – kokteyl idmanla kompleks şəkildə istifadə olunarsa, maksimum effekt verəcək.

Tərkibi:

  • Kərəviz (gövdəsi) – 2 ədəd.;
  • Cəfəri – 100 q;
  • Limon – 1 ədəd.;
  • Yağsız kefir və ya yoqurt – 50 ml.

Cəfəri və limonla arıqlamaq 5 şəkil

Hazırlanma qaydası:

  1. Kərəvizi, cəfərini və limonu doğrayın, püre alınanadək blenderlə xırdalayın.
  2. Kefir (qatıq) əlavə edin, smuzini eynicinsli kütlə alınanadək çalın.

Düzgün istifadə qaydası necədir?

Cəfəri və limonla arıqlamaq arzusunda olanlar üçün əvəzolunmazdır. Süd məhsulları tərkibli kokteylin istifadəsi aclıq hissinin yaranmasına imkan vermir, pəhriz zamanı orqanizmi stresdən qoruyur. Cəfəri və limonu salatların tərkib komponenti kimi gündəlik rasionunuza daxil edin ki, yeməkdən daha çox faydalanasınız.

Kəskin mədə-bağırsaq traktı, ifrazat sistemi xəstəliklərində, ishal zamanı, bağırsaqların funksiyaları pozulduqda simptomlar gedənə qədər süd məhsulları istifadə olunmuş kokteyldən imtina etmək lazımdır. Mədənin turşuluğu yüksək olduqda kəskin dadlı ədviyyatları (zəncəfil, sarıkök, istiot) və sitrus meyvələrini rasiondan çıxarın.

Cəfəri və limonla arıqlamaq üçün pəhrizlərin, yüngülləşdirici günlərin effektini artırır. Bu bitkilər aşağıdakı kompleks yanaşmanın tərkib hissəsinə çevrilərsə, artıq çəki ilə mübarizədə maksimal effekt  ala bilərsiniz:

  • Sağlam qidalanma qaydalarına riayət etmək,
  • Hərəki aktivlik,
  • İdmanla məşğul olmaq,
  • Yaxşı yuxu,
  • Zərərli vərdişlərdən imtina.

Cəfəri və limonla arıqlamaq 6 şəkil

Yan təsirləri və əks göstərişlər

Cəfəri və limon – vitaminlər, minerallar, amin turşular, pektin, liflər və efir yağlarının təbii mənbəyidir. Bu məhsulların bütün müsbət tərəfləri ilə yanaşı, çatışmazlıqları da var. Onları istifadə edərkən miqdarına  nəzarət etmək, qəbulundan öncə əks göstərişləri bilmək lazımdır. Cəfərinin kontrolsuz qəbulu aşağıdakı problemlərə gətirib çıxara bilər:

  • Ürəkbulanma;
  • Başgicəllənmə;
  • Hallüsinasiya.

Düşünürlər ki, limonun dadı turş olduğundan onun dozasını aşmaq  mümkün deyil. Həddən artıq təmiz limon şirəsi istifadə etmək diş emalına ziyan verə bilər. Səbəb isə şirənin tərkibində turşuların çox olmasıdır. Limonun artıq qəbulu bəzi problemlər yarada bilər:

  • ishal;
  • qusma;
  • allergik reaksiya, səpmə;
  • süstlük;
  • fiziki və zehni aktivliyin azalması.

Bir sıra xəstəliklərdə və vəziyyətlərdə cəfəri və limonla arıqlamaq, eləcə də gündəlik istifadə üçün qətiyyən olmaz. Onlara aiddir:

  • bitkiyə və ya onun hissələrinə qarşı həssaslıq;
  • böyrək, ifrazat sisteminin kəskin və xroniki xəstəlikləri: nefrit, sistit, sidikdaşı xəstəliyi, podaqra, hipokalsiemiya;
  • mədə-bağırsaq traktı xəstəlikləri: qastrit, mədə və onikibarmaq bağırsağın xorası, pankreatıt, xolesistit);
  • epilepsiya;
  • hamiləlik, ana südü ilə qidalanma.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.