Cəfəri limonla arıqlamaq

İdman zalına, kosmetoloji prosedurlara getməyə vaxtı və imkanı olmayan şəxslər ev şəraitində arıqlamaq üsulunu seçirlər. Maddi cəhətdən sərfəli, eləcə də asan tapılan məhsullarla, məsələn, cəfəri limonla arıqlamaq mümkündür. Onlardan müxtəlif içkilər hazırlayaraq, həmçinin qarışığı salatlara, xörəklərə qataraq, əlavə kiloqramlardan xilas ola bilərsiniz.
Cəfəri limonla necə arıqlamaq olar?
- Cəfərinin həzm olunması üçün orqanizm daha çox enerji sərf edir, bunun sayəsində çəki itkisi baş verir.
- Tərkibindəki sellüloza bağırsağın fəaliyyətini yaxşılaşdırır, orqanizmi metabolizmin son məhsullarından təmizləyir.
- Aktiv maddəsi olan efir yağı baş beyindəki toxluq mərkəzinə təsir göstərir. Nəticədə insan çox yemir.
- Sidikqovucu xassəsi şişkinliyin azalmasına, bədənin incəlməsinə səbəb olur.
- C vitamini immun sistemini möhkəmləndirir, təbii yağyandırıcı maddələrin (tiroksin və karnitin) ifrazını stimulə edir.
Bir neçə günə həzm prosesi tənzimlənir, orqanizm şlaklardan qurtulur.
Cəfəri limonla arıqlamaq üçün kokteyl
Azkalorili yağyandırıcı kokteyl tonuslandırıcı və sidikqovucu xüsusiyyətlərə malikdir.
Hazırlanması:
- 100 qr cəfərini blenderdə xırdalayın;
- 1 limonun suyunu sıxın;
- Alınmış qarışığa 250 ml təmiz su əlavə edin.
5 gün ərzində səhər tezdən acqarnına için. 10 günlük fasilədən sonra kursu təkrarlayın. Qastrit və mədə xorasından əziyyət çəkən insanlara bu kokteyl qadağandır.
Cəfəri və limonla arıqlamaq – vitaminli smuzi
Bu resept yüngül atışdırma və ya razqruzka güzlərində əsas yemək kimi istifadə oluna bilər.
Hazırlanma qaydası:
- 2 sap kərəvizi, limonu, 100 qram cəfərini doğrayıb, blenderdən keçirin.
- 50 ml kefir əlavə edib, həmcins kütlə alınana qədər qarışdırın
Smuzinin kaloriliyi 240 kkal/100 qr-dır. Onu içdiyiniz günlərdə arıqlamaq üçün idman hərəkətləri ilə məşğul olsanız, effekti artıracaqsınız.
Cəfəri limonla arıqlamaq üçün içki
Cəfərili-limonlu su orqanizmin tonusunu artırır, immuniteti gücləndirir. Bu içki soyuq fəsildə daha aktualdır.
Hazırlanması:
- 1 litr qaynar suya 1 xörək qaşığı doğranmış cəfəri əlavə edib, 5 dəqiqə qaynadın.
- Soyuduqdan sonra süzüb, üzərinə 70 ml limon suyu tökün.
İçməzdən öncə qarışdırın. Gündə 3 dəfə yeməkdən əvvəl 250 ml için. Arıqlamaq üçün bu içkinin istifadə müddətinə məhdudiyyət qoyulmur.
Cəfəri limonla arıqlamaq – dəmləmə
Arıqlamaq üçün içkilər arasında ən çox tövsiyə olunandandır.
Hazırlanma qaydası:
- 100 qr cəfərini doğrayıb, üzərinə 2 litr qaynar su tökün.
- Zəif odda 10 dəqiqə saxlayın.
- 50 °C-yə qədər soyudub, 100 ml təzə sıxılmış limon suyu əlavə edin və süzün.
Gündə 3 dəfə yeməkdən əvvəl 100 ml için. Kurs 2 həftəlikdir.
Cəfəri limonla arıqlamaq – mütəxəssislərin tövsiyəsi
Cəfəri, limon və süd məhsullarının qarışığı arıqlayan insana pəhriz zamanı stressə düşməkdən qoruyur. Belə ki, kokteyl və smuzi uzunmüddətli toxluq hissi yaradır. Limon suyu və xırdalanmış cəfərini arıqlamaq üçün pəhriz yeməklərinə və ya salatlara sous kimi əlavə etmək olar.
Cəfəri limonla arıqlamaq hansı hallarda qadağandır?
- Hamiləlik və südvermə dövrü;
- Sidik-ifrazat sistemi, mədə-bağırsaq xəstəlikləri;
- Kəskin və xroniki böyrək problemləri;
- Komponentlərə qarşı allergiya.
Xülasə
Daha tez nəticə əldə etmək üçün sadalanan reseptlərlə yanaşı, sağlam arıqlamaq üçün dietalar, idman hərəkətləri tövsiyə olunur.