Qreçka ilə arıqlamaq

11 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 17817
Qreçka ilə arıqlamaq şəkil
4.3/5 - (46 votes)

Dietoloqların və pəhriz saxlayan qadınların rəylərinə əsasən arıqlamaq üçün qreçka pəhrizi sürətli nəticələr verir. Sadəcə dietadan normal qidalanma rejiminə tədricən keçmək lazımdır ki, itirilən kiloqramlar geri qayıtmasın.     

Qreçka ilə arıqlamaq – müsbət cəhətləri

  • Effekti qısa zaman ərzində bilinir.
  • Digər monodietalar, yəni təktipli pəhrizlərdən fərqli olaraq, orqanizmi tükətmir.
  • Maddi cəhətdən ekonomik və sərfəlidir.

Qreçka ilə arıqlamaq – mənfi cəhətləri və əks-göstərişlər 

  • Hamilələrə, südverən analara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə qadağandır. 
  • Aktiv və gərgin iş rejimində çalışan şəxslərə məsləhət görülmür. Çünki davamlı təktipli qidalanma zamanı hemoqlobin səviyyəsi azalır, yorğunluq, əzginlik yaranır.   

Arıqlamaq üçün qreçka pəhrizi 1 şəkil

Qreçka ilə arıqlamaq – 7 günlük klassik menyu 

Sutkada 250 qr qreçka (qarabaşaq) yeyilməlidir. Qarabaşaqdan 1, sudan isə 2.5 hissə götürün. Məsələn, 250 qr qarabaşağın üzərinə 750 ml qaynar su tökmək lazımdır. Qazanı dəsmalla sarıyıb, gecədən səhərə qədər saxlayın. Duz və ya hər hansı ədviyyat qatmayın. Əgər Sizə çox çətin gəlirsə, qreçkanı ertəsi gün yağsız kefirlə qarışdırıb yeyin.

Qarabaşağı sutkada 4 dəfə yeyəcəksiniz. Axşam saat 6-dan sonra yalnız su içməyə icazə verilir. Dieta boyu vitamin kompleksi qəbul etməyi unutmayın. 

Arıqlamaq üçün qreçka pəhrizi 2 şəkil

Qreçka ilə 7 günə arıqlamaq 

Hər səhər: 50 qr qarabaşaq, şəkərsiz çay və ya kofe

Lanç (ikinci səhər yeməyi): 50 qr qarabaşaq, su 

Nahar: 100 qr qarabaşaq və su

Axşam: 50 qr qarabaşaq ilə çay 

7 gün ərzində göstərilən qaydada qidalanın. Nəzərinizə çatdıraq ki, bu menyu sürətli arıqlamaq üçün pəhrizlər kateqoriyasına daxildir. Çox sərt olduğundan səbr və dözümlülük tələb edir. Qarabaşaq dietası ilə 7 günə 4-5 kq arıqlamaq mümkündür. 

Qreçka ilə arıqlamaq 5 şəkil

Qreçka ilə 14 günə arıqlamaq 

Hər səhər: 50 qr qreçka, tünd qəhvə

Lanç: 1 ovuc qurumeyvə və ya 1 stəkan kefir

Nahar: 100 qr qreçka, çay 

Atışdırma: şirin olmayan meyvə və ya tərəvəz (alma, xiyar, pomidor), 1 stəkan pomidor şirəsi      

Axşam: 50 qr qreçkanı qatıqla qarışdırıb yeyin.     

Dieta 14 günə 8-11 kq arıqlamaq vəd edir. 

Arıqlamaq üçün qreçka pəhrizi şəkil

Kefirli qreçka ilə arıqlamaq 

Ekspertlərin rəyinə görə bu pəhrizlə həftəyə 5-7 kq çəki ata bilərsiniz. Qreçkanın hazırlanma qaydası yuxarıdakı kimidir. Yaşıl və ya qara çay, arabir yaşıl alma, xiyar və kofe qəbuluna icazə verilir. Bundan əlavə sutkada 1 litr kefir içməlisiniz. Pəhrizi 14 gündən artıq saxlamayın. 3 aylıq fasilədən sonra təkrarlaya bilərsiniz. 

Qreçka ilə 1 həftəyə 5 kq arıqlamaq 

Qreçkanın hazırlanma qaydası məqalənin əvvəlindəki kimidir. Dietanın optimal müddəti 7 gündür. 1 həftədən az saxlasanız, orqanizmin çəki itkisi çox nəzərə çarpmayacaq. Dietanı uzatsanız, səhhətinizə zərər yetirə bilər. Ona görə də tam 7 gün tutun.

  • Rasionu balanslaşdırmaq məqsədilə qreçkanı kefir və istənilən 1 ədəd meyvə ilə yeyin.
  • İstənilən miqdarda su, kofe, yaşıl çay içə, duzsuz, yağsız, ədviyyatsız qreçka sıyığı yeyə bilərsiniz. 
  • Gecə yatmazdan əvvəl dözülməz aclıq hiss etsəniz, 1 meyvə yeyin və ya 1 stəkan kefir için.
  • Nəticəni möhkəmləndirmək üçün gün ərzində 10 000 addım atmağınız məsləhətdir.

Arıqlamaq üçün qreçka pəhrizi 11 şəkil

Qurumeyvə və qreçka ilə arıqlamaq

Bu pəhrizin menyusu klassik variantla eynidir. Sadəcə xurma, qara gavalı, qaysı kimi qurumeyvələr əlavə olunub. Pəhrizin əsas şərtləri: 

  • Qurumeyvələrin sutkalıq norması 100 qramdan çox olmamalıdır. 
  • Gün ərzində 2 litr su içilməlidir 
  • Şəkər, şəkərəvəzləyicilər və duzdan imtina edilməlidir.                

Bu rasion 1-2 həftə üçün nəzərdə tutulmuşdur. Dieta 1 həftəyə 3-4, 2 həftəyə 7-8 kq arıqlamağı vəd edir.    

qreçka ilə arıqlamaq foto 15

Şirələr və qreçka ilə arıqlamaq

Pəhrizin müddəti 1 həftədir. Onun köməyilə 3-4 kq arıqlamaq realdır. Pəhriz müddətində duz və şəkəri rasiondan çıxarın. 4 stəkan bişmiş qreçkanı 5 hissəyə bölün.

Səhəri 1 stəkan isti su ilə başlayın. 1,5 saat sonra qreçkanın 1 hissəsini yeyin. Yeməkdən 1 saat sonra qreyfrut şirəsi için. 2 saat keçdikdə çuğundur-kök şirəsi içmək lazımdır. 

Nahar: 5 hissəyə böldüyünüz qreçkanın 3 hissəsini yeyin. 1-2 saatdan sonra xiyar-kərəviz şirəsi için. 

Axşam yeməyinə 30 dəqiqə qalmış kələm-alma şirəsi içib, qreçkanın qalan hissəsini yeyin.        

qreçka ilə arıqlamaq foto 16   

Bal və qreçka ilə arıqlamaq 

Bu menyu şəkər yemədən pəhrizə dözə bilməyənlər üçündür. Dieta 7 günlük klassik variantdakı kimidir. Sadəcə:

  • Səhər oyandıqda 1 ç.q. bal qatılmış isti su içib, 4 saatdan sonra qreçka yeyəcəksiniz.             
  • Sonuncu yeməyi saat 18:00-da bitirməlisiniz.        
  • Bu dieta ürək-damar və şəkərli diabet xəstələrinə qadağandır.      

Bütün qreçka pəhrizlərində bu məhsulun hazırlanma qaydası eynidir.   

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (46 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir