İdmanla necə arıqlamaq olar?

Arıqlamaq üçün idman proqramının ilk addımı düzgün istiqamət seçməkdir. Məsələn, aerobika artıq kiloqramlardan tez bir zamanda qurtulmağa kömək edir. Həmçinin aerobika ev şəraitində arıqlamağı asanlaşdırır.
Qısa müddətdə idmanla necə arıqlamaq olar?
Bəhs etdiyimiz aerobikanın bir neçə növü vardır:
- Rəqslə. Bu növ aerobika, zumba idmanla yanaşı, həm də arıqlamaq üçün rəqslər kateqoriyasına daxildir. Rəqslə aerobika plastikanı, bədənin elastikliyini, gözəl qaməti formalaşdırır. İnsan monoton hərəkətlərdən sıxılmır. Özünü gümrah, şən hiss edir.
- Step. Hərəkətlər xüsusi step platforma ilə icra olunur. Bu platforma yağların yanmasına və arıqlamağa şərait yaradır. Həmçinin artritin və osteoporozun profilaktikasında effektivdir.
- Akvaaerobika. Hamilələrin ən çox üstünlük verdiyi idman növüdür. Orqanizmə müsbət təsir göstərir. Su insana həm də daxili rahatlıq bəxş edir.
- Alayd-aerobika. Əsasən ayaq və sağrını incəltməyə yönələn hərəkətlər kompleksidir.
- Bosu. Bosu balance trainer adlanan yarımdairə şəklində trenajorla arıqlamaq yoludur.
İdmanla necə arıqlamaq olar – qarışıq metodlar
- Kallanetika – yoqa ilə arıqlamağı statik məşqlərlə birləşdirən üsuldur.
- Krossfit – intervallı məşqlərin, yüngül, ağır atletikanın, gimnastikanın növbələnməsi ilə yerinə yetirilir.
- Pamp-aerobika – barbell adlanan kiçik ştanqlarla çöməlmə, əyilmə hərəkətlərindən ibarətdir.
- Pilates – bədən əzələlərinin möhkəmlənməsinə, qamətin düzlənməsinə yönəldilmiş idmandır.
İdmanla necə çəki itirmək olar – növbəti 3 metod
- Streytçinq – dartınma, gərinmə-açılma hərəkətlərinə əsaslanan kompleks idman növüdür.
- Fitboks – aerobika və tay boksunun birləşməsidir.
- Fitbol-aerobika – böyük topdan istifadə edərək idmanla arıqlamaqdır.
Sadalanan növlərin bəzilərini məşqçi olmadan özbaşına yerinə yetirmək çətindir.
İdmanla necə arıqlamaq olar – mütəxəssislərin tövsiyələri
İdmanla arıqlamaq üçün aşağıdakılara əməl edin:
- Terapevt və instruktorla (trenerlə) öncədən məsləhətləşin;
- Səbirli olun, çünki nəticələr ən azı 1 ay keçdikdə bəlli olur;
- İdmanla məşğul olarkən fikrinizi toplayın;
- Fiziki məşqlərin ağırlığını tədricən artırın. Başlanğıcda 10 dəqiqədən başlayıb, ayın sonuna qədər 45 dəqiqəyə çatdırın;
- Sağlam arıqlamaq üçün pəhrizlər saxlayın. Arıqlamaq üçün qidalardan ibarət balanslaşdırılmış rasiona əməl edin;
- Əsas məşqlərdən əvvəl isinmə və bədən əzələlərini açma hərəkətlərini unutmayın;
- İstirahət və intensiv məşq günlərini növbələyin;
- Gün ərzində kifayət qədər su için.
İdmanla necə arıqlamaq olar – qarın hərəkətləri
Qarın arıqlatmaq üçün aşağıdakı hərəkətləri yerinə yetirin:
- Arxası üstə uzanın. Əlləri başınızın altına qoyub, ayaqlarınızı düz uzadın. Sinəni dizlərə toxundurmaqla, korpusunuzu (bədənin yuxarı hissəsini) qaldırın.
- Arxası üstə uzanın. Əllər başın arxasında, dizlər bükülmüş vəziyyətdə olmalıdır. Dirsəyinizi əks tərəfdəki ayağınıza toxundurmaqla, hərəkətləri növbəli şəkildə təkrarlayın.
- Arxası üstə uzanın. Əllər başın arxasında, ayaqlar düz uzadılmış formada olsun. Ayaqlarınızı 45° bucaq altında qaldırın. Bu vəziyyətdə 5-7 saniyə qalın.
- Arxası üstə uzanın. Əllər başın arxasında olmaqla, ayaqlarınızı döşəməyə perpendikulyar, yəni 90° bucaq altında qaldırın. Sonra yavaş-yavaş endirin.
İdmanla necə arıqlamaq olar – ayaq hərəkətləri
Budlar və sağrı nahiyənizdə sellülit varsa, bu hərəkətlər köməyinizə çatacaq:
- Döşəməyə uzanın, ovuclarınızı sağrı hissənin altına qoyun. Ayaqları yuxarı qaldırıb, bir yandan o biri yana yırğalayın.
- Diz üstə dayanın. Əllərinizi qabağa uzatmaqla, tarazlığı itirmədən növbə şəklində sağrının sağ və sol hissəsinin üzərində oturun. Bu hərəkəti elə edin ki, sağrıya yük düşsün.
- Ayaq üstə durun. Pəncələri çiyinlə eyni səviyyədə aralayın. Sonra pəncə və dizləri bayır tərəfə çevirərək, qurbağa kimi yavaşca çöməlin. Bir neçə saniyə qalıb, əvvəlki vəziyyətinizə qayıdın.
- Böyrü üstə uzanın. Altda qalan dizinizi büküb önə çəkin, üstdəki ayağı tam açılmış formada qaldırıb-endirin.
- İplə hoppanın.
Xülasə
Bu məqalədə idmanla necə arıqlamaq olar sualına ətraflı izahat gətirdik. İnanırıq ki, faydasını görəcəksiniz.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər
Oxşar mövzuları oxuyun: