Qarnı arıqlatmaq

13 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli Müəllif:
Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 34
Qarnı arıqlatmaq şəkil

“Hansı üsulla qarnı arıqlatmaq olar?” sualı öz fiziki formasına diqqətli yanaşan insanları daha çox maraqlandırır. Bu zona həm kişiləri, həm də qadınları narahat edir və təkcə artıq çəki ilə əlaqəli deyil.

Məqalədə qarındakı artıq yağlardan qurtulmanın əsas yolları və qarın piylənməsi ilə mübarizədə daha effektli üsullar araşdırılıb.

Artıq qarın piyindən necə azad olmaq olar?

Artıq qarın piyindən, həmçinin bədənin istənilən problemli zonasında toplanmış arzuolunmaz yağlardan sürətli qurtulmaqla bağlı İnternetdə külli miqdarda məsləhətlər var və onlar məğzinə görə iki qrupa ayrılır:

  1. Orqanizmdə yağın ümumi miqdarının azaldılması
  2. Müvafiq əzələlərin gücləndirilməsi

Ümumi yağın miqdarını azaltmaq üçün kalori defisitli qidalanmalısınız. Yəni orqanizmin sərf etdiyi kaloridən az kalori qəbul etməlisiniz ki, piy toxumasının parçalanma prosesi başlansın. Düzgün qidalanma, fiziki yüklənmə və gündəlik aktivliyi artırmaqla və ya eyni zamanda bütün üsulları istifadə edərək kalori defisiti yarada bilərsiniz. Bədəninizdəki yağları azaltmasanız, arıqlamayacaqsınız.

Qarnı arıqlatmaq 1 şəkil

Qarnı arıqlatmağa kömək edəcək ikinci faktor qarın və kürək əzələlərinin gücləndirilməsi üçün idmanla məşğul olmaqdır. Belə məşqlər yağı əritməsə də, əzələ tonusunu artırır, qaməti düzəldir və nəticə etibarıilə qarnınızı formaya salır. Amma bu faktor orqanizmdə yağların ümumi miqdarının azaldılması üsulları birlikdə tətbiq olunarsa, arzuolunan effekt verir.

Orqanizmi məhz qarın nahiyəsindəki yağları yandırmağa necə vadar etmək olar?

Orqanizmi məhz qarın nahiyəsindəki yağları sərf etməyə məcbur edə bilməzsiniz. Presslə buna nail olacağınızı düşünürsünüzsə, yanılırsız. Qarın pressi üçün idman hərəkətləri yalnız əzələlərə tonus verir, bütün bədənin (üz, əllər, qarın, ayaqlar) ümumi yağ balansı isə kalori defisiti şəraitində azalır. Hansı məşqi etmənizdən asılı olmayaraq, arıqlama ümumi baş verir, məşqlər isə yalnız əzələləri formaya salır. Beləliklə, orqanizmi məhz qarın nahiyəsindəki artıq yağlardan xilas edəcək metod yoxdur, çünki lokal yağ yandıran üsul yoxdur.

Belə ki, qarın və bel əzələlərini intensiv məşq etdirdiyiniz halda qollarınız və ayaqlarınız sürətli arıqlayacaq. Qarnı arıqlatmaq istəyərkən bütün bədənin formaya düşməsinə nail olacaqsınız, bircə qarın nahiyəsi problemli olaraq qalacaq. Bu normaldır və təbiidir! Adətən, problemli zonalar axrıncı arıqlayır. Qarın piyindən nə qədər tez qurtulmaq bədən formasından, xüsusən də orqanizmin fiziologiyasından və həyat tərzindən asılıdır. Bəzi kişilərdə və qadınlarda yağın ümumi miqdarı az olsa da, qarın bir az kök olur.

Qarnı arıqlatmaq 2 şəkil

Qarnı arıqlatmaq alınmırsa, nə edək?

Əgər arıqlamısınızsa, bədəniniz dəyişilibsə, qarnınız isə arıqlamayıbsa, nə etmək olar? Və ya özünüz formadasınız, amma bir az qarnınız varsa, bu problemdən necə qurtulmaq mümkündür? Bir sıra hallarda orqanizmin piy toxuması normada olsa da, qarında artıq yağ toplanır. Belə vəziyyətlərdə arıqlamağa davam etmək yolu ilə ideal qarına sahib ola bilərsiniz. Unutmayın ki, yağla yanaşı əzələ kütləsini də itirsəniz, sonda estetik baxımdan xoşagəlməz bədən formasına nail olacaqsınız.

Qidalanma və idman rejimini korreksiya edərkən bədənin ümumi formasını həmişə nəzərə alın. Adətən, problemli zonanı arzuolunan vəziyyətə gətirməyə uzun müddət tələb olunur. İdman və qidalanma bədən formasını yaxşılaşdırır, amma bu yollarla ideal bədən formasına nail olmaq hamıya müvəffəq olmur. Əgər azacıq qarnınız varsa və yaxşı görünürsüzsə, pəhrizlərlə və müxtəlif proqramlarla özünüzə əziyyət verməyə dəyməz. Azacıq kalori defisiti yaratmaq və məşq etməklə formanızı daha da yaxşılaşdırmağa davam edin. Beləliklə, tədircən, addım-addım cazibədar bədən formasına qovuşacaqsınız.

Qarnı arıqlatmaq 7 şəkil

Artıq qarın piyindən necə azad olmaq olar: qidalanma və idmana aid 10 tövsiyə

  1. Qarnı arıqlatmaq üçün məşq etmək vacib deyil. Əsas məsələ, kalori defisiti yaratmaqdır. Amma müntəzəm məşqlər əzələlərinizi tonusda saxlamağa və qarnınızı formaya salmağa kömək edəcək. Bundan başqa, qarın və bel əzələləri üçün hərəkətlər onurğa xəstəliklərinin profilaktikasıdır.
  2. Artıq qarın piyindən azad olmaq istəyirsinizsə, sağlam qidalanmağa çalışın. Yağlı, unlu və şirin qidalar bağırsaqlarda toplanır və çətin sorulur; bu da qarnın çıxmasına səbəb olur. Daha çox su içməyə və müntəzəm şəkildə tualetə getməyə çalışın.
  3. Yağların intensiv yanmasını istəyirsinizsə, interval yüklənmələrini seçin, kardio və bədənin tonusunu artırmaq üçün məşqlərlə yanaşı icra edin.
  4. Təkcə problemli zonanı yox, bütünlüklə bədəni məşq etdirməyə çalışın.
  5. Qarın, adətən, kişilər və almayabənzər bədən formalı qadınlar üçün problemli zonadır. İstənilən halda arıqlama prinsipi eynidir, amma fiziologiyaya görə bu qadınlara, adətən, çətin olur.
  6. Qamətinizə nəzarət edin. Belə ki, qeyri-düzgün duruş qarnın önə qabarmasına səbəb olur.
  7. Yağların yanma prosesini sürətləndirmək və məşqlərin effektini artırmaq üçün rasiona proteinlər və yağyandırıcı – L-karnitin daxil edin.
  8. Həzm pozulduqda da qarın çıxa bilər. Əgər köpdən əziyyət çəkirsinizsə, sağlam qidalanmaqla bu problemdən azad ola bilərsiniz.

Qarnı arıqlatmaq 6 şəkil

  1. Hamiləlikdən sonra qarınınızı arıqlada bilmirsinizsə, ola bilər ki, diastazınız olsun. Diastaz qarnın düz əzələlərinin iki seksiyası arasında məsafənin artmasıdır. Belə halda klassik press etmək olmaz, belə problemlərdə istifadə olunan xüsusi məşqlər var. Onların videolarını internetdən tapa bilərsiniz.
  2. Sağlam qidalanma və fiziki yüklənmə vasitəsilə arıqlaya və artıq qarın piyindən azad ola bilmirsinizsə, ola bilər ki, hormonal sistemin pozulması bu prosesə mane olur.

Aşağıdakı qidaların istifadəsini azaltmaq tövsiyə edilir:

  • Nişasta tərkibli məhsullar (makaronlar, təzə çörək, şirniyyatlar, paxlalılar, kartof, qarğıdalı, arpa, düyü)
  • Liflə zəngin qida məhsulları (kəpək, çiy tərəvəzlər, meyvələr, giləmeyvələr)
  • Süd turşulu qida məhsulları (laktozaya qarşı həssaslıq olduqda)
  • Qazlı içkilər

Qarınla mübarizədə hansı üsullar azeffektlidir:

  • Masajlar
  • Bürünmələr
  • Qarın üçün xüsusi məşqlər
  • Korset və arıqlama kəmərləri
  • Polietilen və ya plyonkada məşqlər

Qarnı arıqlatmaq üçün ilk 3 bənd əhəmiyyətsizdirsə, son 2 bənd sağlamlıq üçün təhlükəlidir. Unutmayın ki, piy xarici faktorların təsirindən parçalanmır. Masaj və bürünmələr vasitəsilə hüceyrələrdə suyun miqdarını azalda, həqiqətən də qarnın kiçilməsinə nail ola bilərsiniz. Amma bu müvəqqətidir, bir müddət sonra su balansı bərpa olunur və qarın yenə də əvvəlki ölçüsünü alır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.