Sirkə ilə arıqlamaq
Müasir dövrdə çəki atmağın müxtəlif üsulları vardır. Məsələn, qozla, mixəklə, yoqa ilə, ac qalaraq arıqlamaq və digərləri. Sirkə ilə arıqlamaq da artıq kiloqramlardan qurtulmağa kömək edir.
Sirkə vasitəsilə 1 həftəyə 2 kq-a qədər arıqlamaq mümkündür. Burada əlbəttə ki, alma sirkəsi nəzərdə tutulur. Üzüm sirkəsini daxilə qəbul etmək olmaz.
Sirkə ilə arıqlamaq – vacib məqamlar
Sirkənin istifadəsinə əks-göstərişlər çox olduğundan bu bəndləri diqqətlə oxuyun:
- Alma sirkəsini təmiz halda içməyin. Çünki belə hallar ağız boşluğu və qida borusunun yanığı, daha sonra nekrozu (toxuma çürüməsi) ilə nəticələnir.
- Həzm orqanlarının xəstəliklərində, o cümlədən mədə turşuluğu yüksək olduqda sirkə istifadəsi qəti qadağandır.
Unutmayın ki, sirkənin qəbulu insanda gizli vəziyyətdə olan xroniki patologiyaları oyada bilir. Məsələn, nə vaxtsa qastritdən əziyyət çəkmisinizsə, hazırda isə heç bir şikayətiniz yoxdurda arxayınlaşıb sirkə içməyin. Qastritin yenidən baş qaldırmasına səbəb ola bilərsiniz.
Sirkə ilə arıqlamağın faydaları
Alma sirkəsi bir çox hallarda təhlükəli olsa da, onun xeyirli tərəfləri danılmazdır:
- Sirkənin tərkibində natrium, fosfor, kalsium, dəmir, pektin, kalium vardır.
- Həmçinin sirkədə üzvi turşular: alma, süd, limon turşusu mövcuddur.
- Antioksidant xüsusiyyətə malikdir.
- Mədənin turşuluğu az olduqda turşuluğu artıraraq, həzm prosesini yaxşılaşdırır.
- Göbələklə mübarizədə effektivdir.
Sirkə ilə arıqlamaq barədə məsləhətlər
Alma sirkəsini mağazadan aldıqda bir sıra nüansları nəzərə alın. Keyfiyyətli məhsul şəffaf şüşədə satılır, təbii bulanıqlığı ilə seçilir. Əgər sirkəni bulanıq görsəniz onu alın. Tam şəffaf sirkə filtrləndiyindən tərkibindəki faydalı maddələr və vitaminlər itir.
Həmçinin təbii və keyfiyyətli sirkənin üstündə bir az köpük olur. Bu kif deyil, məhsulun təbiiliyindən xəbər verən köpüklü örtükdür.
Sirkə ilə arıqlamaq necə olur?
Sirkə ilə arıqlamaq prosesi ciddi və məsuliyyətli yanaşma tələb edir. Addımlar dəqiq və davamlı olmalıdır:
- Sirkəni durulaşdırıb qəbul edin. Bunun üçün 2 çay qaşığı sirkəni 300 ml suya töküb, üzərinə 1 çay qaşığı bal əlavə edin.
- Yeməkdən 30 dəqiqə əvvəl için.
- Sirkəli suyu gündə 2 dəfə nahar və axşam yeməyindən öncə qəbul edin.
- Axşam yeməyində çiy və ya sobada bişirilmiş meyvə yaxud tərəvəzlərdən istifadə edin.
Qısa zaman ərzində bədən quruluşunuzu normaya salmaq istəyirsinizsə, arıqlamaq üçün idman hərəkətləri ilə məşğul olun, sürətli arıqlamaq üçün pəhriz tutun.
Men axwam yatanda qebul edrem 1stekan suya 1 x/q tokurem sirkeni
Salam xeyirini görmüsünüzmü?
Alma sirkəsi çox gözəldi mən xeyrini görürem istifade edrem