Qozla arıqlamaq

Qoz – uşaq və böyüklərin sevimli çərəzlərindən biridir. Qoz uşaqlar üçün arıqlamaq yollarında, daha doğrusu artıq çəkili uşaqların qidalanma rasionunda müəyyən miqdarda yer alır. Bu məqalədə arıqlamaq üçün reseptləri, xörəkləri sadalamayacayıq. Çünki qozla arıqlamaq əsasən təktipli, yəni monodietalar silsiləsindəndir.
Qozla arıqlamaq üsulunun mahiyyəti nədir?
2-3 gün ərzində müxtəlif sort qoz-fındıq yeyirsiniz. Qazsız mineral su, bitki çayları, yaşıl çay içirsiniz. Bu dietanı saxlamaq çətin deyil, çünki aclıq hissi olmur. Sadəcə belə pəhrizi tez-tez tətbiq etmək tövsiyə edilmir. 4 ay fasilə verib yenidən təkrarlamaq məsləhət görülür.
Qozla arıqlamaq niyə faydalıdır?
Qozun tərkibində: amin turşuları, dəmir, maqnezium, yod, kalsium, kalium kimi mikroelementlər, A, B, E, PP vitaminləri, çoxlu miqdarda zülal, yağ və karbohidrat vardır. Bu da orqanizmin maksimal dərəcədə enerji alması üçün kifayətdir.
Qozla arıqlamaq – I variant
Səhər yeməyində – 50 qr qoz-fındıq, 2 stəkan yaşıl çay
Naharda – 50 qr qozla keşyu (hind qozu), 2 stəkan təmiz su (keşyu tapmasanız və ya almağa imkanınız çatmasa, sadəcə qoz yeyin)
Arada – 50 qram qozla 1 stəkan yağsız kefir
Axşam vaxtı – istənilən növ 50 qr çərəz, 1 stəkan yaşıl çay
Axşam yeməyini saat 18.00-a qədər bitirin. Bu dieta 2 günlük olub, 2-2.5 kq arıqlamaq vəd edir.
Qozla arıqlamaq – II variant
İlk 2 günün menyusu 1-ci variantda olduğu kimidir.
3-cü günün menyusu:
Səhər – 50 qr qoz-fındıq, xiyar və pomidor salatı
Nahar: 100 qr mal əti soyutması və ya toyuğun ağ əti
Günorta: istənilən növ 50 qr çərəz
Axşam: 2 stəkan yaşıl çay, 1-2 ovuc kişmiş
Dieta 3 günlükdür. Onun köməyilə 3-3.5 kq arıqlamaq mümkündür.
Qozla arıqlamaq – III variant
Bu pəhriz 1 və ya 2 günlükdür. Onu saxladıqda hər gün 1 kq incələcəksiniz. Bunun üçün gün ərzində yalnız 100 qr qoz yeyib, şəkərsiz yaşıl çay, qazsız su içməlisiniz. Digər məhsullardan istifadə etmək olmaz.
Qozla arıqlamaq – IV variant
Ərzaqları gün ərzində istədiyiniz kimi bölərək yeyin:
- 100 qr yağsız balıq və ya ət
- 1-2 təzə pomidor, xiyar
- 50 qr qoz
Qara və ya yaşıl çay, bitki dəmləmələri, qazsız su için. Şəkər, duz və ədviyyatları rasiondan çıxarın.
Pəhriz 3 günlükdür. Bu müddət ərzində 2-3 kq çəki atacaqsınız.
Dietanı 5 gün davam etdirmək istəsəniz, yuxarıda qeyd olunan rasiona 100 qr yağsız süd və ya digər süd məhsulları əlavə edəcəksiniz. Bu zaman çəki itkisi 4 kq-a qədər olacaq.
Qozla arıqlamaq – V variant
Hər dəfə qəbul olunan qidanın çəkisi 250 qr olmalıdır.
Səhər yeməyi – brokkoli, pomidor, badam və zeytun yağından salat, açıq çay, buğda unundan 1 ədəd blinçik
Nahar – tomat (pomidor) şorbası, 1 ovuc qoz, təzə sıxılmış tərəvəz şirəsi
Günorta: 1 ovuc qoz və kişmiş
Axşam: suda bişirilmiş yulaf və ya qreçka sıyığı, 1 stəkan itburnu dəmləməsi
Bu dieta ilə gündə 500 qram çəki itirəcəksiniz. Sadəcə pəhrizi 7- 10 gündən çox saxlamayın.
Xülasə
Qozla arıqlamaq nə qədər qəribə səslənsə də effektiv metoddur. Əgər qoza qarşı allergiyanız varsa, digər arıqlamaq yollarını sınayın.