Kartofla arıqlamaq

Əhalinin 99%-i gündəlik rasionunda kartofa böyük yer ayırır. Bu tərəvəz əksər xörəklərin tərkibinə daxildir. Bir sıra insanlar hesab edirlər ki, kartof kökəlməyə səbəb olur. Bu fikrin yanlış olması dietoloqlar tərəfindən sübuta yetirilmişdir.
100 qram kartofda cəmi 70 kalori vardır. Artıq çəki ondan yaranır ki, kartofu yağ, çörək, mayonez, yağlı ət, xama və müxtəlif souslarla yeyirik.
Kartofla arıqlamaq istəyirsinizsə, onu ədviyyat qatmadan yeyin. Kartofla arıqlamaq üçün pəhriz yeməkləri yağsız və duzsuz olmalıdır.
Kartofla arıqlamaq – 3 günlük dieta
Bu pəhrizin köməyilə 2 kq çəki itirmək mümkündür. Unutmayın ki, bu dietanı ildə 2 dəfə (6 aydan bir) saxlaya bilərsiniz. İntervalın azlığı orqanizm üçün faydalı sayılmır.
Səhər yeməyində – 1 stəkan süd (1,5%).
Nahar vaxtı – 300 qr suda bişirilmiş kartofun püresi
Axşam saatlarında – arıqlamaq üçün salatlar və ya aşağıdakı resepti hazırlayın.
- soyutma kartof – 250 qram
- günəbaxan yağı – 1 ç.q.
- alma – ½ ədəd
- qara istiot – zövqə görə 1 çimdik
Kartofla almanı döğrayıb, digər komponentlərlə yaxşıca qarışdırın. Bu menyu 3 gün ərzində tətbiq olunur. Yaşıl çay, qazsız mineral və ya adi su, bitki çayılarına məhdudiyyət qoyulmur.
Kartofla arıqlamaq – növbəti 3 günlük pəhriz
1-ci gün
Səhər və nahar vaxtlarında – 1 ədəd kartof soyutması, 4 xörək qaşığı qatıq
Axşam yeməyində – 8 xörək qaşığı qatıq
2-ci gün
Səhər – 4 xör. qaş. qatıq
Nahar – 1 ədəd soyutma kartof, 3 xör.qaş. qatıq
Axşam – 1 ədəd suda bişirilmiş kartof, 8 xör.qaş. qatıq
3-cü gün
Səhər – 1 ədəd bişmiş kartof
Nahar – 1 ədəd kartof soyutması, 3 xör.qaş. qatıq
Axşam – 4 xör. qaş. qatıq
Bu pəhrizi tutarkən gündə 2 litr su qəbul etməlisiniz. Sutka ərzində maksimum 3 stəkan şəkərsiz qara və ya yaşıl çay içə bilərsiniz.
Kartofla arıqlamaq – 4 günlük dieta
Səhər oyandıqda – 1 stəkan kefir için.
Günorta vaxtı – 200 qram kartofu suda bişirib yeyin. Kartofa cəfəri və ya şüyüd əlavə edə bilərsiniz. Süd, yağ, duz və digər ədviyyatlar icazəli deyil.
Axşam yeməyində – salat yeyin.
Salatın tərkibi
- soyutma kartof – 200 qram
- bişmiş yumurta – 1 ədəd
- baş soğan – ½ ədəd
- sirkə – 2 çay qaşığı
Bütün inqrediyentləri doğrayıb qarışdırın və yeyin.
Kartofla arıqlamaq – 5 günlük dieta
Bu pəhrizlə gündə 600 qrama qədər arıqlayacaqsınız. Onu 5 gündən artıq saxlamaq məsləhət görülmür.
1.5-2 kq soyutma kartofu 5 gün ərzində yeyin. Kartofu suda bişmiş halda bəyənmirsinizsə, sobada hazırlaya bilərsiniz. İlk 2 porsiyanı ədviyyatsız, yağsız, duzsuz yeyin. Digər porsiyalara bir qədər bitki yağı, limon suyu, 1 çimdik duz əlavə edə bilərsiniz. Pəhriz günlərində çoxlu miqdarda su için. Əgər aclıq hissinə dözə bilməsəniz, 2 ədəd suda bişmiş yumurta 1 dilim çovdar çörəyini 5 günə bölüb yeyin.
Kartofla arıqlamaq – 7 günlük dieta
7-8 ədəd kartofu 5-6 yerə bölməklə gün ərzində suda bişirib yeyin. Qətiyyən duz qatmayın. Dadını yaxşılaşdırmaq məqsədilə şüyüd, cəfəri, soğan və ya digər göyərtilərdən istifadə edə bilərsiniz. Bundan əlavə gündə 2 litr su için.
Kartofun faydaları
Bu tərəvəzin tərkibində çoxlu miqdarda aminturşu, vitaminlər, zülal və karbohidratlar vardır. Tərkibindəki C vitamini immun sistemini dəstəkləyir, pektinlər isə orqanizmin təmizlənməsinə, həzm traktının normallaşmasına səbəb olur.
Xülasə
Təqdim etdiyimiz dietalarla çox qısa müddətdə arıqlamaq mümkündür. İstənilən pəhrizi saxlamazdan əvvəl mütləq dietoloqla məsləhətləşin.