Necə arıqlamaq olar?  

08 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 1020
Necə arıqlamaq olar şəkil
3.8/5 - (5 votes)

Artıq çəkidən necə qurtulmaq olar? Arıqlamaq istəyirəm deyən insanlara pəhriz tutmaq və mütəxəssislərin tövsiyələrinə riayət etmək məsləhət görülür.

Necə arıqlamaq olar – tövsiyələr

  • Günün hansı saatında rahat qidalana bilirsinizsə, həmin vaxtlara uyğun qrafik tutun və əməl edin.
  • Yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan isti su için. Yeri gəlmişkən qeyd edək ki, gün ərzində 1.5-2 litr maye qəbul olunmalıdır.
  • Sellülozalı qida məhsullarına (meyvə, tərəvəzlər) üstünlük verin. Onları əksərən çiy vəziyyətdə istifadə edin.
  • Məhsullar suda, sobada, buxarda bişmiş vəziyyətdə olmalıdır.
  • Rasiondan qızardılmış, hisə verilmiş qidaları, un məmulatlarını çıxarın. Qazlı içkilərdən imtina edin.

necə arıqlamaq olar foto 9-

4 razqruzka günü ilə necə arıqlamaq olar?

Bu dietanın rasionuna 4 məhsul və 4 içki daxildir. Bunları istədiyiniz miqdarda qəbul edə bilərsiniz. Pəhrizə düzgün riayət etsəniz, 2-3 kq çəki atacaqsınız. Digər tərəfdən bəzi məhdudiyyətlər də qoyulmuşdur: yaşıl çayı və alma şirəsini şəkərsiz içməli, düyü və toyuğu duzsuz hazırlamalısınız. Məhsullar yalnız suda bişməlidir.

1-ci gün: düyü, təzə sıxılmış alma şirəsi

2-ci gün: toyuq filesi, alma suyu, yaşıl çay

3-cü gün: yağsız kəsmik və kefir

4-cü gün: istənilən növ yağsız pendir, yaşıl çay

necə arıqlamaq olar foto 6

“Yay”dietası ilə necə arıqlamaq olar?

Bu pəhrizi yayda saxlamaq daha məqsədəuyğundur. Dieta 4 günlükdür. Onunla asanlıqla 2-3 kq arıqlamaq mümkündür.

I sutka: yalnız meyvə, su, təzə sıxılmış şirələr

II sutka: arıqlamaq üçün bitki çayları. Məsələn, çobanyastığı, moruq və digər tərkibli çaylar.

III sutka: çiy və bişmiş tərəvəzlər

IV sutka: müxtəlif kələm növləri (gül kələmi, brokkoli, ağ kələm və s.), bibər, soğan, cəfəri, sarımsaqdan hazırlanan şorba.

Məhsulların miqdarında məhdudiyyət yoxdur, istənilən qədər yeyə bilərsiniz.

Necə arıqlamaq olar 2 şəkil

3 günlük dieta ilə necə arıqlamaq olar?

Bu dietadan sonra 4 gün ərzində normal qidalanmaq lazımdır. Bu yolla orqanizminizi stressdən qorumuş olacaqsınız.

1-ci gün

Səhər – şəkərsiz tünd çay və ya qəhvə, 1 dilim çörək, 2 xör.qaş. cem və ya mürəbbə

11.00 – yarım ədəd qreyfrut, 75 qram tuna balığı, 1 dilim çörək, 4 dənə turp, 1 xiyar

Naharda – 100 qr dərisi soyulmuş toyuq, 1 stəkan qaynadılmış yaşıl noxud, 1 stəkan doğranmış soyutma çuğundur, 1 dilim çörək

Axşam – 1 alma

necə arıqlamaq olar foto 8

2-ci gün

Səhər – şəkərsiz kofe və ya tünd çay, soyutma yumurta, 1 dilim çörək

11.00 – 1 banan, 100 qr yağsız kəsmik, 4 çuğundur, şüyüd, 3 ədəd quru peçenye

Nahar – 100 qr vetçina, 100 qr kələm, 1/2 stəkan doğranmış kök, 1 dilim çörək

Axşam – 50 qr qara gavalı qurusu, çay

3-cü gün

Səhər – çay/kofe, 30 qr pendir, 3 quru peçenye

11.00 – 1 alma, 1 ədəd soyutma yumurta, 1 ədəd təzə tutulmuş duzlu xiyar, 1 dilim çörək

Nahar – 50 qr tuna balığı, 100 qr qaynadılmış çuğundur, 100 qr gül kələm, 1 dilim çörək

Axşam – kiçik ölçülü yemişin və ya almanın yarısı

Necə arıqlamaq olar 1 şəkil

Ekspress dieta ilə həftəsonu necə arıqlamaq olar?

Şənbə

Səhər: 1 stəkan 2.5%-li kefir, çovdar çörəyi və pendirdən 1 ədəd buterbrod, bitki yağı və bir qədər konservləşmiş qarğıdalı əlavə olunmuş çiy tərəvəz salatı

Nahar vaxtı: su, çay, çox acsanız 1 stəkan kefir

Axşam: 150 qr yağsız dəniz balığı, 1 stəkan kefir

Bazar günü

Səhər: 1 stəkan yaşıl çay, 2 suxari

Nahar: 2-3 dənə kartof soyutması, bitki yağı qatılmış az miqdarda kələm salatı

Axşam: 100 qr toyuğun döş əti, meyvə və ya tərəvəz salatı, 1 yumurta, 1 stəkan kefir

necə arıqlamaq olar foto 5

3 günlük kartof pəhrizi ilə necə arıqlamaq olar?

İştahını kəsə bilməyən insanlara kartofla arıqlamaq daha uyğundur. Bu dieta sayəsində günə 500-700 qr çəki atacaqsınız.

Səhər: 1 stəkan süd

Naharda: 300 qr kartof püresi

Axşama: kartof salatı

Qeyd: kartof püresini suda bişirməlisiniz. Kartof salatının inqrediyentləri: 250 qr soyutma kartof, 1 ədəd soyutma yumurta, duz, ½ ç.q. alma sirkəsi, bitki yağı, zövqə görə istiot.

necə arıqlamaq olar foto 10

Kələm dietası ilə necə arıqlamaq olar?

Bu pəhrizlə 3 günə 2 kq arıqlayacaqsınız.

Səhər: yulaf əzməsi, 250 qr meyvə, 1 stəkan qatıq

Naharda: kələm turşusundan ponçik (oladi), kələm turşusu+1 alma+1 kökdən salat

Axşam: çuğundur+balıq+kələm turşusundan çığırtma

Aclıq hiss etsəniz kələm turşusu və suya icazə vardır. Oladinin inqrediyentləri – 1 rəndələnmiş kartof, 2 xör.qaş kələm turşusu, 1 yumurtadır. Porsiyalar 1 nəfərlikdir.

necə arıqlamaq olar foto 11

Xülasə

Sadaladığımız pəhrizlərlə necə arıqlamaq olar sualınıza cavab tapdığınıza ümid edirik. Menyudakı məhsulun qarşısında miqdar yoxdursa, 1 stəkan/boşqab, yəni 1 porsiya nəzərdə tutulmuşdur. Bütün pəhrizlərdə su rejiminə diqqət yetirin. Gündə 1.5-2 litr su için.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (5 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir