Arıqlamaq istəyirəm

06 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1784
Arıqlamaq istəyirəm şəkil
2.8/5 - (5 votes)

Mən də arıqlamaq istəyirəm deyənlər üçün mütəxəssislər 2 fərqli dieta tərtib etmişlər.

Qlütensiz dieta ilə arıqlamaq istəyirəm

Bu pəhriz sağlam arıqlamaq üçün dietalar kateqoriyasına daxildir. Dieta artıq kiloqramları geridə qoyur, həm də həzm traktının işini normallaşdırır.

Qlütensiz dieta ilə arıqlamaq istəyirəm – bəzi nüanslar

  • Dieta allergik şəxslərə də uyğundur.
  • Qlütensiz qida məhsulları digərlərinə nisbətən bir qədər bahadır.
  • Pəhrizin əsas prinsipi tərkibində qlüten olan ərzaqların rasiondan çıxarılmasından ibarətdir.

Qlütensiz ariqlamaq istəyirəm deyənlər un, çörək məhsulları, pivə, kvas, sirkə, aromatizatorlar, makaron, şirniyyat, mayonez, bulyon kubikləri, konservlər, yarımfabrikatlar, dondurma, yoqurtdan imtina etməlidir.

Arıqlamaq istəyirəm foto 6

Arıqlamaq istəyirəm – qlütensiz həftəlik menyu

1-ci gün

Səhər: buğda sıyığı

Nahar: suda qaynadılmış mal əti, düyü

Axşam: tərəvəz salatı, yağsız kefir

2-ci gün      

Səhərə: düyü sıyığı

Naharda: kiçik küftəli və gül kələmli şorba

Axşama: qreçka (qarabaşaq), toyuğun döş ətinin soyutması

3-cü gün

Səhər: qaysı qatılmış qarğıdalı sıyığı

Nahar: düyü, mal əti

Axşama: tərəvəz salatı, kefir

Arıqlamaq istəyirəm foto 7

4-cü gün  

Səhərə: buğda sıyığı

Naharda: omlet, pendirlə düyü xlebçısından buterbrod, toyuq bulyonu

Axşama: yağsız kəsmik, alma

5-ci gün

Səhər: düyü sıyığı

Nahar: qreçka , toyuğun döş əti

Axşama: sobada alma, düyü xlebçısı

6-cı gün 

Səhərə: qarğıdalı yarmasından sıyıq

Naharda: mal və ya qoyun əti, düyü

Axşama: sürtkəcdən keçirilmiş kök, soyutma tərəvəzlər

7-ci gün

Səhər: buğda sıyığı

Nahar: ağ balığın soyutması, kartof püresi

Axşam: düyü xlebçısı, meyvə salatı

Arıqlamaq istəyirəm foto 8

Arıqlamaq istəyirəm – Aralıq dənizi dietası

Arıqlamaq üçün bu pəhrizi hər kəs saxlaya bilər. Ona heç bir əks-göstəriş yoxdur. Hamiləlikdən sonra arıqlamaq istəyənlərə, süd verən analara, hətta yeniyetmələrə də icazəlidir. Pəhrizin yeganə mənfi cəhəti isə çəkinin tədricən azalmasıdır. Bu dieta ilə həftəyə maksimum 3 kq arıqlamaq mümkündür.

Aralıq dənizi dietasıyla arıqlamaq istəyirəm – həftəlik menyu

I gün

Səhərə: su ilə durulaşdırılmış süddə meyvələrlə bişirilmiş yulaf sıyığı. İstəsəniz balla şirinləşdirə bilərsiniz.

Nahar: balıq şorbası, çoban salatı

Axşama: brokkoli və gül kələmindən zapekanka, qatıq

II gün  

Səhər: durulaşdırılmış süddə hazırlanmış kişmişli, boranılı buğda sıyığı, alma

Nahar: tərəvəz şorbası, göyərtili, sarımsaqlı badımcan

Axşama: sobada hazırlanmış pomidorlu ağ balıq, soyutma kök və qabaq (kabaçok)

Arıqlamaq istəyirəm foto 9

III gün

Səhər: 2 ədəd soyutma yumurta, 1 dilim buğda çörəyi

Naharda: mal ətindən kiçik küftələrlə şorba, kök və çuğundur salatı

Axşama: 1 stəkan kefir, kəsmikli zapekanka

IV sutka 

Səhərə: durulaşdırılmış süddə bişirilmiş giləmeyvəli, qozlu yulaf sıyığı.

Naharda: toyuqlu qreçka şorbası

Axşam: mayonezsiz kalmar salatı, yumurta

V sutka  

Səhər: 2 yumurta və bolqar bibərindən omlet

Naharda: sobada pomidorla ağ balıq, kök, qaynadılmış kabaçok

Axşam: ballı kəsmik, kefir

Arıqlamaq istəyirəm foto 10

VI sutka  

Səhər: buxarda hazırlanmış sırniki, alma

Naharda: bərk buğda sortundan spagetti, tomat sousu, 100 qr toyuğun döş əti

Axşam: sobada bişirilmiş 200 qr qızıl balıq, soyutma tərəvəzlər

VII sutka 

Səhər: 2 yumurta, 1 dilim buğda çörəyi

Nahar: xırda küftələrlə şorba, kök+çuğundur salatı

Axşama: kefir, kəsmikli zapekanka

Arada kefir içə, meyvə yeyə bilərsiniz. Aralıq dənizi dietası da sağlam arıqlamaq üçün pəhrizlər kateqoriyasındandır. Onunla ləng olsa da, əsas odur ki, stabil arıqlayacaqsınız.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.8/5 - (5 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir