Arıqlamaq üçün nə etməli?

Artıq çəki həm qadınları, həm də kişiləri narahat edən haldır. Ancaq qadınlar bu məsələyə daha həssasdırlar. Bəs arıqlamaq üçün nə etməli? Bu məqalədə Sizə ev şəraitində arıqlamaq yollarını təqdim edirik.

Yeməkdən əvvəl su için

Kilo verməyin yolları qadınlar və kişilər üçün fərqli olsa da, bəzi nüanslar hər 2 cinsin nümayəndələrinə yararlıdır. Onların başında su içmək dayanır. Suyun arıqlamağa kömək etməsi doğru fikirdir. Su qəbulu maddələr mübadiləsini 1-1.5 saat müddətində 24-30% sürətləndirir. Bu isə bir neçə kalori yandırmaq deməkdir. Aparılan araşdırmalarda yeməkdən 30 dəqiqə əvvəl 0,5 litr su içməyin daha az kalori qəbuluna səbəb olduğu aydınlaşdırılmışdır.

arıqlamaq üçün nə etməli foto 9

Səhər yeməyində yumurta yeyin

Yumurta sağlamlığa faydalı olub, insanı gün ərzində tox saxlayır. Həmçinin bu ərzaq yağların yanmasını sürətləndirir. Hər hansı səbəbdən yumurta yeyə bilmirsinizsə, onu əvəzləyən keyfiyyətli bir protein qaynağı tapmalısınız.

Arıqlamaq üçün nə etməli – sadə qəhvə için

Keyfiyyətli qəhvə (kofe) antioksidantlarla zəngindir. Bu içki sağlamlıq baxımından xeyirlidir. Tədqiqatların nəticələrinə əsasən qəhvənin tərkibindəki kofein metabolizmi 3-11% sürətləndirir. Bununla yanaşı yağların parçalanmasını 10-29% arıtrır. Ən vacib məqam odur ki, qəhvəni mütləq sadə halda içmək lazımdır. Ona heç bir qatqı, hətta şəkər belə əlavə etmək olmaz. Əks təqdirdə kofe qəbulu Sizə əlavə kiloqramlar bəxş edəcək.

arıqlamaq üçün nə etməli foto

Yaşıl çay için

Yaşıl çay arıqlamaq üçün ilk ağla gələn vasitələrdəndir. Yaşıl çayın tərkibində kateşin adlanan güclü antioksidant vardır. Bu maddə yağların yanmasını tezləşdirir.

Arıqlamaq üçün nə etməli – qlükomannan qəbul edin

Bu qida əlavəsi arıqlamağa kömək edən xüsusi liflərdən hazırlanır. Onu qəbul etdikdə liflər şişir, mədədə uzun müddət qalmaqla insanı tox saxlayır. Qlükomannan bağırsaqda çətin həzm olunduğundan daha az kalorili qidalanacaqsınız.

Arıqlamaq üçün nə etməli – rafinə  olunmuş şəkərdən uzaq durun

İşlənmiş (rafinə olunmuş) şəkər paketlərdə satılan qidalara əlavə olunan qarğıdalı siropları kimi dadlandırıcıdır. Bu maddə sürətli çəki artımına gətirib çıxarır. Elmi tədqiqatlarda rafinə olunmuş şəkər istifadəsinin piylənmə, 2-ci tip diabet, ürək-damar xəstəlikləri və bir çox patologiyalara yol açdığı sübuta yetirilmişdir. Paketlərdə buraxılan qidaları almamışdan əvvəl qutunun üzərindəki yazını oxuyun. Orada rafinəolunmuş şəkər varsa, Siz də sağlam qalmaq və arıqlamaq istəyirsinizsə, o məhsuldan imtina edin.

Arıqlamaq üçün nə etməli – atışdırmalıqları düzgün seçin

Acdıqda əlinizin altında atışdırmaq üçün sağlıqlı qidalar olmalıdır. Özünüzlə aclıq krizlərində yeyə biləcəyiniz bir az meyvə və ya qurumeyvə gəzdirin.

arıqlamaq üçün nə etməli foto 1

Arıqlamaq üçün nə etməli – yeməkdən sonra dişlərinizi fırçalayın

Diş məcununun (pasta) tərkibindəki nanə aromatı iştahı kəsir. Xüsusilə axşam yeməyindən sonra dişlərinizi fırçalayın. Bu yolla gecə saatlarında atışdırmağın qarşısını alacaqsınız.

Arıqlamaq üçün nə etməli – lifli ərzaqlarla qidalanın

Bol lifli qidalar (avokado, lobya, əncir, meyvə quruları və s.) daha insan uzun müddət tox tutur. Bu məhsullar aclıq hissini uzaqlaşdırır, arıqlamağa səbəb olur.

Qidanı yavaş-yavaş çeynəyin

Yemək yeyərkən beyinə toxluq siqnallarının getməsi bir qədər zaman alır. Buna görə də qidanı yavaş çeynəsəniz, doyduğunuzu vaxtında hiss edəcəksiniz. Yavaş çeynəməklə daha az kalori alacaqsınız.

arıqlamaq üçün nə etməli foto 8

Arıqlamaq üçün nə etməli – yuxu rejiminə fikir verin

Kifayət qədər yatmamaq, yuxusuzluq  piylənmənin əsas risk faktorlarındandır. Qeyri-düzgün yuxu rejimi uşaqlarda kökəlməni 89%, böyüklərdə isə 55% artırır.

Arıqlamaq istəyirsinizsə nə etməli – gündəlik rasionda zülalların miqdarını artırın

Çəki itirmənin yollarından biri də rasionu zülallarla zənginləşdirməkdir. Yüksək proteinli qidalar metabolizmi sürətləndirərək, gündə 80-100 kalori çox yandırır. Araşdırmalara görə gündəlik kalorinin 25%-ni zülal təşkil etdikdə, insanlar yemək barədə 60% az fikirləşir. Eyni zamanda gecə vaxtlarında yemək istəyini də 50% aşağı salır.

Xülasə

Qidalanma vərdişlərini dəyişdirməklə arıqlamaq mümkündür. Əlbəttə ki, heç bir halda ifrata varmaq olmaz. Məsələn, sırf zülalla qidalanmaq böyrəklərinizi zədələyə bilər. Təkcə su içib kifayət qədər kalori almamaq qan azlığı, saç tökülməsi, halsızlıq, sinir sistemində pozğunluq, mədə problemlərinə yol açır. Bu kimi hallara yol verməmək üçün sağlam şəkildə arıqlayın.