Təbii yolla arıqlamaq istəyənlər üçün müxtəlif pəhrizlər, bitkilər və çay reseptləri vardır. Bu məqalədə arıqlamaq üçün çaylar barədə Sizə gərəkli məlumat verəcəyik.
Zəncəfil tərkibli arıqladan çaylar
Zəncəfil arıqlamaq üçün ən məşhur vasitələrdəndir. Onun tərkibindəki 50-yə yaxın faydalı komponent vardır. Bu maddələrin sayəsində zəncəfil həm çəkini azaldır, həm də orqanizmi vitamin-minerallarla təmin edir. Qızdırıcı təsiri hesabına bədənə tonus və enerji verir. Gündəlik dozası maksimum 4 qr-dır.
Ancaq zəncəfilin arıqlamaq üçün faydalarından başqa, bəzi əks-göstərişləri də mövcuddur. Belə ki, mədə-bağırsaq problemləri, yüksək təzyiq, allergiya, hamiləlik, südvermə zamanı onun istifadəsi qadağandır.
Çayın hazırlanma qaydası
Zəncəfili sürtkəcdən keçirib, üzərinə 200 ml su tökün. Zəif odda 7-10 dəqiqə qaynadıb süzün. Çayı həftədə 3 dəfə yeməkdən əvvəl için. Zövqə görə fincana 1 dilim limon da ata bilərsiniz.
Arıqlamaq üçün yaşıl çay
Yaşıl çay arıqlamaq üçün tez-tez istifadə olunur. Orqanizmdən toksinlərin, şlakların qovulmasına kömək edir. Əla sort yaşıl çaydan gündə maksimum 2-3 fincan içmək olar.
Arıqlamaq üçün çaylar – effektiv ot qarışığı
İnqrediyentlər
Qızılağacabənzər mürdəşər kökü (kruşina)
Zəncirotu kökü
Cəfəri kökü
Acı nanə yarpağı
Su – 200 ml
Mürdəşərdən 3 hissə, digərlərindən 1 hissə götürüb qarışdırın. Onlardan 1 xör.qaş. dəmliyə tökün. Üzərinə su əlavə edib 15 dəqiqə dəmləyin. Bir az soyuduqdan sonra süzün. 2 ay ərzində səhər saatlarında yeməkdən əvvəl 2 xör.qaşığı için.
Arıqlamaq üçün çaylar – quşarmudu, itburnu tərkibli
Resept
Quru quşarmudu meyvələri – 7 hissə
Gicitkan və ya itburnu yarpaqları – 3 hissə
Qaynar su – 2 stəkan
İnqrediyentləri dəmliyə töküb, üzərinə su əlavə edin. 10 dəqiqə dəmləyin. Sonra qapağını kip örtüb, 4 saat saxlayın. Gündə 3 dəfə yeməkarası 1/2 stəkan için.
Arıqlamaq istəyənlər üçün çaylar – böyürtkən tərkibli
Resept
Quru böyürtkən yarpaqları – 80 qr
Tozağacı – 10 qr
Adi dəvədabanı -10 qr
Bütün komponentləri qarışdırdıqdan sonra 1 hissə otla 20 hissə su götürüb (yəni 1:20 nisbətində), 15 dəqiqə dəmləyin. Səhər və nahar yeməyindən əvvəl soyuq halda 1 stəkan için.
Arıqlamaq üçün çaylar – növbəti resept
Tərkibi
Tikanlı paxlakolu (stalnik kolyuçiy)
Mavi acıçiçək (qoreçavka sinyaya)
Adi boymadərən
Bağayarpağı
Mayaotu (xmel)
Dazı
Hər birindən 50 qr götürüb qarışdırın. Alınan qarışığın 2 xörək qaşığına 500 ml qaynar su tökün. Yarım ədəd limon əlavə edin. Dəmlədikdən sonra gündə 75 ml-dən çox olmamaqla bir neçə dəfəyə için.
Arıqlamaq istəyənlər üçün çaylar – kəcəvər tərkibli
Resept
Quru gicitkən yarpaqları – 3 hissə
Qızılağacabəncər mürdəşir kökünü – 3 hissə
Quru nanə – 2 hissə
Kəcəvər kökü – 1 hissə
Otları qarışdırdıqdan sonra onlardan 1 xör.qaş. götürüb, 1 stəkan qaynar suya tökün. 4 saat dəmləyib süzün. Gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl ½ stəkan için.
Arıqlamaq üçün çaylar nə zaman qadağandır?
Mədə bağırsaq xəstəliklərinin kəskinləşməsi
Böyrək daşı xəstəliyi
Hamiləlik və südvermə dövrü
Bitkilərə qarşı allergiya
Aptekdə satılan arıqlamaq üçün çaylar barədə
Hazır çayları alarkən bəzi nüanslara fikir verin. Keyfiyyətli çayın qiyməti digərlərinə nisbətən bir qədər baha olur. Mütəxəssislər sidikqovucu və işlədici təsirli çaylara üstünlük verməyi tövsiyə edirlər.
Qutunun üzərində saxlama müddəti, istehsalçı firmanın adı, ünvanı, sertifikat nömrəsi, istifadəsinə göstərişlər, qəbul qaydası barədə ətraflı məlumatın yazılmasına fikir verin. Küçədə satılan ot qarışıqlarını almayın, çünki onların keyfiyyətinə heç kim zəmanət vermir.