Artıq çəki insana hər zaman əziyyət verir. Əlavə kiloqramlar həm sağlamlığa ziyan gətirir, həm də xarici görünüşü korlayır. Bu problemdən qurtulmaq üçün müxtəlif vasitələr mövcuddur: arıqlamaq üçün pəhrizlər, idman hərəkətləri, rəqslər, aparatlar və s. Bir sıra qadınlar idman zalına getməyə, eləcə də rəqslə məşğul olmağa imkan tapmadığından ən münasib üsul pəhrizlər sayılır.
Arıqlamaq üçün pəhrizlər – Kanada dietası
Dieta 3 həftəlik olub, 10 kq çəki atmağı vəd edir. Menyuda qeyd olunan ətləri sobada və ya suda bişirin. Gün ərzində 1.5 litr su için. Bu normaya yaşıl çay, şirələr daxil deyil. Axşam yeməyini yatmazdan 3-4 saat əvvəl bitirin.
Arıqlamaq üçün pəhrizlər – Kanada dietasının menyusu
Səhər: 1 fincan şəkərsiz kofe və ya çay, 1-2 dilim çovdar/ buğda çörəyi, kəsmik, pendir, 2 ədəd yumurta
Qəlyanaltı (lanç): yemiş və banandan başqa istənilən 2 növ meyvə
Axşam: kök və kartof istisna olmaqla digər tərəvəzlərdən salat, balıq/ ət, yaşıl çay, qazsuz su. Salata 1-2 xör.qaş. zeytun yağı qatın.
Qeyd: “/” işarəsi “və yaxud” mənasını verir.
Arıqlamaq üçün pəhrizlər – Yapon dietası
2-3 aylıq dieta sayəsində 10 kq çəki itirilir. Həftədə 3 dəfə (1, 3, 5-ci günlər) yuxudan oyandıqda 2 stəkan isti su için. 30 dəqiqə sonra səhər yeməyinə başlayın. Menyuda göstərilən mineral suyun miqdarı 1 stəkan, yeyilən tost və ya çörək isə 1 dilimdir.
Arıqlamaq üçün pəhrizlər – Yapon dietasının menyusu
1-ci gün
Səhər yeməyində: 150 qr ağ kələm salatı, qazsız mineral su
Naharda: 4 xör.qaş. qaynadılmış düyü, çiy kökdən hazırlanmış, zeytun yağı qatılmış 150 qr salat, mineral su
Axşama: 150 qr soyutma balıq, çörək, bir neçə ədəd kahı yarpağı
2-ci gün
Səhər yeməyində: çiy kökdən hazırlanmış və zeytun yağı qatılmış 150 qr salat, qara çörəkdən tost
Naharda: kələm, kök, kərəviz, kahıdan 200 qr salat, çörək, alma şirəsi
Axşama: qaynadılmış düyü 100 qr, 4 kahı yarpağı, ½ qreyfrut, mineral su
3-cü gün
Səhər yeməyində: 200 qr meyvə, 1 stəkan portağal suyu
Nahara: 250 qr qaynadılmış qulançar, limon suyu sıxılmış kələm salatı, çörək, mineral su
Axşama: 250 qr qızardılmış göbələk, 1 ədəd soyutma kartof, mineral su
4-cü gün
Səhərə: alma şirəsi, 1 portağal, 1 alma, qara çörəkdən tost
Naharda: 200 qr qaynadılmış qulançar, düyü, reyhan, 1 alma, çörək, mineral su
Axşama: 2 ədəd kiçik kartof soyutması, 200 qr balıq, çörək
5-ci gün
Səhərə: suda bişirilmiş azacıq düyü, mineral su
Naharda: 200 qr ağ kələmlə dəniz kələmindən salat, çörək, mineral su
Axşam: bitki yağı qatılmış 200 qr ağ kələmdən, kök və kahıdan salat, mineral su
6-ci gün
Səhər: suda bişmiş düyü, 1 almanın şirəsi
Nahar: 200 qr balıq soyutması, 150 qr meyvə salatı, 1 stəkan portağal və ya manqo şirəsi
Axşam: 150 qr ət, çörək, üzərinə limon sıxılmış 4 kahı yarpağı, 1 portağal
7-ci gün
Səhər: 250 qr meyvə salatı, mineral su
Nahar: 150 qr qaynadılmış düyü, 1 xör.qaş. bal, mineral su
Axşam: 150 qr soyutma dəniz balığı, 200 qr ağ kələm salatı, mineral su
Arıqlamaq üçün pəhrizlər arasında məşhur olan Yapon dietasında gündə 3 dəfə qidalanırsınız, arada atışdırmalar icazəli deyil.
Arıqlamaq üçün pəhrizlər – Şotlandsayağı dieta
Bu pəhriz sağlam arıqlamaq üçün dietalar kateqoriyasına daxildir. Müddəti 1-2 aydır. Onun köməyilə 10 kq arıqlamaq mümkündür. Rasionda qreçka, düyü, yulaf sıyığı və meyvəyə üstünlük verilir. Meyvələri qabıqlı yemək lazımdır. Qarşısında miqdar yazılmayan qidalar və içkilər 1 porsiya nəzərdə tutulub. Məsələn, yulaf əzməsi sıyığı dedikdə 1 boşqab, alma şirəsi isə yalnız 1 almanın suyu mənasını verir.
Arıqlamaq üçün pəhrizlər – Şotlandsayağı dietanın menyusu
Bazar ertəsi
Səhərlər: yulaf əzməsindən sıyıq
Naharda: təzə kələm salatı, 150 qr qarabaşaq sıyığı, 1 almanın şirəsi
Axşam: 3 ədəd soyutma kartof, 2 pomidor, 1 dilim qara çörək
Çərşənbə axşamı
Səhər: suda bişirilmiş düyü sıyığı, portağal şirəsi
Nahar: kiçik boşqabda buğda sıyığı, çiy tərəvəzlərdən salat, mineral su
Axşam: 200 qr meyvə salatı, 1 fincan portağal şirəsi
Çərşənbə
Səhər: yulaf sıyığı, 1 ç.q. bal, 1 stəkan yağsız süd
Axşama: 150 qr qarabaşaq sıyığı, 1 dilim qara çörək, bir neçə kahı yarpağı, alma şirəsi
Cümə axşamı
Səhər: soyutma yumurta, 1 dilim qara çörək, süd
Naharda: sobada bişirilmiş 250 qr tərəvəz, pomidor şirəsi
Axşam: buğda sıyığı, 1 dilim qara çörək, 1 alma, ½ qreyfrut
Cümə
Səhər: turş meyvə, qurumeyvə qatılmış yulaf sıyığı, almanın şirəsi
Nahar: 150 qr qarabaşaq sıyığı, 1 dilim qara çörək, 150 qr tərəvəz salatı, tünd çay
Axşam: sobada bişirilmiş 100 qr yağsız toyuq əti, 100 qr limon sıxılmış xiyar salatı, portağal şirəsi
Şənbə
Səhər: suda qaynadılmış qarabaşaq, süd
Naharda: 150 qr kartof püresi, 1 dilim qara çörək, 1 neçə kahı yarpağı
Axşam: 200 qr soyutma balıq, 150 qr bitki yağı qatılmış tərəvəz salatı, üzüm suyu
Bazar
Səhər: buğda sıyığı, 1 dilim qara çörək, üzüm suyu
Nahar: 200 qr suda bişmiş kələm, 1 dilim qara çörək, alma şirəsi
Axşama: yağsız mal ətindən sobada bişirilmiş kotlet, limon sıxılmış 150 qr tərəvəz salatı, üzüm və ya almanın şirəsi
Hər günün menyusu fərqli olduğundan arıqlamaq üçün bu tip pəhrizlər yorucu sayılmır.
Xülasə
Ümumiyyətlə, bütün pəhrizlər insandan səbr və güclü iradə tələb edir. Nəticəni möhkəmlətmək üçün arıqlamaq üçün pəhrizlər ilə yanaşı fiziki aktivliyi də artırmaq məqsədəuyğundur.