Su ilə arıqlamaq

06 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 19863
Su ilə arıqlamaq şəkil
4.5/5 - (49 votes)

Dietoloqların əksəriyyəti ac qalmadan arıqlamağın mümkünlüyünü dəfələrlə sübut etmişdir. Bu proses düzgün qidalanma, metabolizmə uyğun pəhrizlər və su ilə arıqlamaq əsasında qurulur.

Su ilə arıqlamaq – 7 qayda

  • Suyu hər yeməkdən əvvəl içməlisiniz.
  • Qida qəbulundan 2 saat sonra içilən suyun miqdarı yeməkdən əvvəlki həcmə bərabər olmalıdır.
  • Su ilə arıqlamaq istədikdə çox ac qalmayın. Vərdiş etdiyiniz yeməklərlə qidalanın. Sadəcə porsiyaları azaldın.
  • Suyun qazsız və təmiz olmasına diqqət yetirin. Stəkana bir neçə damcı limon şirəsi əlavə edə bilərsiniz.
  • Sutka ərzində içilən suyun həcmi minimum 2, maksimum 4 litr olmalıdır. Bu miqdarın normadan yuxarı qalxması sidik-ifrazat sisteminin fəaliyyətini poza bilər.
  • Yemək yeyərkən sudan uzaq durun.
  • Gün ərzində 3 dəfə qidalanırsınızsa, birini su ilə əvəz etsəniz daha sürətlə çəki itirəcəksiniz.

Su ilə arıqlamaq 2 şəkil

1 günlük rasion ilə arıqlamaq

Səhər    

8:30 – 2 stəkan su

9:00 – adi səhər yeməyi

11:00 – şəkərsiz çay və ya qəhvə

11:00-dan 13:40-a kimi gündəlik normanı aşmayaraq istənilən miqdarda suyu içə bilərsiniz.

Günorta   

13:40 – 2 stəkan su

14:00 – nahar yeməyi

16:00 – çay və ya qəhvə.

Axşam   

18:40 – 1 stəkan su

19:00 – yüngül axşam yeməyi

21:00 – çay

Gecə aclıq hiss etsəniz bir qədər su için.

Su ilə arıqlamaq 1 şəkil

Su ilə arıqlamaq – 3 günlük ekstremal dieta

Klassik metoddan əlavə daha ekstremal, lakin qısa yol ilə arıqlamaq mümkündür. Pəhriz 3 günlükdür. Bu müddətdə 3 kiloqram çəki ata bilərsiniz.

I gün

Yuxudan oyanan kimi acqarnına limon qatılmış sudan için. 30 dəqiqə sonra səhər yeməyinə başlayın: 2 dilim qızardılmış (tost) çovdar çörəyi, qaynadılmış yumurta, 1 dilim yağsız pendir

İkinci səhər yeməyi: 1 stəkan suyu içib, 30 dəqiqədən sonra armud və ya gavalı yeyə bilərsiniz.

Nahar: 1 stəkan suyu için. 30 dəqiqədən sonra 150 qram suda bişirilmiş toyuq filesi, çoban salatı, 1 dilim brınza pendiri, 1 dilim çovdar çörəyi (tost) yeyin.

Günorta: 1 stəkan sudan 30 dəqiqə sonra 1 ədəd şaftalı yeyin.

Axşam yeməyi: 1 stəkan su, 30 dəqiqə sonra 100 qram qaynadılmış mal əti, hərəsindən 1 ədəd olmaqla kök və kartofla qidalanın.

Yatmazdan əvvəl: içəcəyiniz 1 stəkan suya 1 çay qaşığı bal qatın.

Su ilə arıqlamaq foto 8

II gün

Səhər oyanıb acqarnına 1 stəkan suyu için, 30 dəqiqə sonra az kalorili 150 qram kəsmik, 2 dilim tost yeyin.

İkinci səhər yeməyi: 1 stəkan sudan için, yarım saat sonra nektarin yeyə bilərsiniz.

Nahar:  1 stəkan sudan yarım saat sonra 150 qram suda bişmiş balıq, tost, yaşıl tərəvəzlərdən salat

Günorta: 1 stəkan su, alma

Axşam: 1 stəkan su, qaynadılmış yumurta, tost, kələm salatı (kələm və göyərti), yağsız 1 dilim pendir

Yatmazdan əvvəl bir stəkan suya 1 ç.q. bal qatıb için.

Su ilə arıqlamaq foto 9

III gün

Eyni sxem təkrarlanır. Yeməkdən 30 dəqiqə əvvəl, yatmazdan öncə isə suya bal qatıb içəcəksiniz.

Səhər yeməyi: suda bişmiş 150 qram toyuğun döş əti, 2 dilim çovdar çörəyi (tost), kahı

İkinci səhər yeməyi: gavalı

Nahar: 250 ml tərəvəz şorbası, 100 qram mal əti, 1 dilim tost

Günorta: armud

Axşam: buxarda hazırlanan 2 ədəd balıq kotleti və tərəvəzlər

su ilə arıqlamaq foto 6

Su ilə arıqlamaq nə zaman əks-göstəriş sayılır?

  • Ürək-damar xəstəlikləri
  • Sidik-ifrazat sistemi problemləri. Hidronefroz, yəni kasa-ləyən sisteminin genişlənməsi, sidiyin böyrəklərdə ləngiməsi zamanı artıq maye vəziyyətin kəskinləşməsinə səbəb ola bilər.
  • Yüksək arterial təzyiq

Su ilə arıqlamaq nəyə görə effektivdir

  • Su mədəni doldurur, beyinə toxluq siqnalı gedir. Bu yolla daha az yeməyinizə səbəb olur.
  • Maddələr mübadiləsi sürətlənir, orqanizmdən şlaklar və toksinlər kənarlaşır.

Su ilə arıqlamaq foto 10

Xülasə 

Ekspertlərin fikrincə hidratasiya (su ilə orqanizmi təmin etmək) və arıqlamaq baxımından rasionu optimallaşdırmaq istəyirsinizsə, 3 əsas qaydanı nəzərə almalısınız.

I qayda – 1 şüşə suyu hər zaman əlinizin altında saxlayın.

II qayda – qidalanma rasionunuza, gündəlik menyuya duru xörəklər (şorba və s.) əlavə edin.

III qayda – suyu içib bir müddət gözlədikdən sonra yemək yeyin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.5/5 - (49 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir